Modern.az

Azərbaycanda həkimlərin sayı kəskin azalıb

Azərbaycanda həkimlərin sayı kəskin azalıb

22 Sentyabr 2020, 15:18

Azərbaycanda son 14 il ərzində həkimlərin sayı artsa da, əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı azalıb.

 

Modern.az xəbər verir ki, 2006-cı ildə ölkədə 30 584 həkim olub. 2020-ci ilin məlumatına görə isə Azərbaycanda həkimlərin sayı 31 829-a çatıb.

 

2006-ci ildə Azərbaycanda əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı 36,3 olduğu halda, 2011-ci ildə bu göstərici 36,8-ə yüksəlib. Lakin 2016-cı ildən sonra bu say yenidən azalıb.

 

2016-cı ildə əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı 33,9, 2019-cu ildə 32,9 olub. 2020-ci ildə isə bu say bir qədər də azalaraq, 32,0-a enib.

 

Son 14 ildə ölkədə daha çox şüa diaqnostikası üzrə həkim sayı artıb.

 

2006-cı ildə sayı 495 olan şüa diaqnostikası üzrə həkimlərin sayı 2020-ci ildə 1 481-ə yüksəlib.

 

Azərbaycanda daha sonra stomatoloq, nevropatoloq, oftalmoloq ixtisasları üzrə həkim saylarında artım müşahidə edilir. Digər ixtisaslar üzrə həkim sayında isə azalma qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi