Modern.az

Çempionlar Liqasında “pley-off”un ilk oyunları yekunlaşdı - NƏTİCƏLƏR

Çempionlar Liqasında “pley-off”un ilk oyunları yekunlaşdı - NƏTİCƏLƏR

24 Sentyabr 2020, 09:40

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Modern.az xəbər verir ki, ötən gecə daha 3 oyun keçirilib. 3-cü təsnifat mərhələsində "Qarabağ"a qalib  gələrək (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası 6:5) pley-offa yüksələn "Molde" "Ferensvaroş"u (Macarıstan) qəbul edib. Oyunda qapılara 6 qol vurulub - 3:3. Digər görüşlərdə "Dinamo" "Gent"in, "Omoniya" "Olimpiakos"un qonağı olub.


Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.

23 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

“Gent” (Belçika) - “Dinamo” (Ukrayna) - 1:2

“Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan) - 3:3

“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr) - 2:0


22 sentyabr

 “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) - 2:1

“Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya) - 1:2

 “Slaviya” (Praqa, Çexiya) - “Midtülland” (Danimarka) - 0:0

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...