Arxiv
24 Sentyabr 2020, 17:35 | TƏHSİL
Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI

"Ümumilikdə bütün qruplar üzrə 5 751 boş yer qalıb. Onların da 3 048-i II qrupun payına düşür".

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Onun sözlərinə görə, I qrupda Azərbaycan bölməsində boş qalan yerlər 1 309-dur: "Bu qrupda ümumi vakant yerlərin sayı 1 762-dir. I qrupda Azərbaycan bölməsində 200 baldan yüksək nəticə göstərən və ali məktəbə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir. Əlavə yerləşdirmə zamanı düzgün ixtisas seçsələr, onlar hamısı universitetə qəbul ola biləcəklər. Bu qrupda 150-dən çox bal toplayanların sayı isə 2 013 nəfərdir. I qrupda ali məktəbə qəbul ola bilməyən 1 000-dən çox subbakalavr da var.

 

Rus bölməsində vakant yerlərin sayı daha çoxdur. Bu qrupda rus bölməsində 775 plan yerindən 176-sı boş qalıb. Rus bölməsi üzrə 200 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyənlərin sayı cəmi 2 nəfərdir. Həmin abituriyentlər də düzgün ixtisas seçsələr, qəbul ola biləcəklər. I qrupda rus bölməsində 150 baldan çox nəticə göstərənlərin sayı 123 nəfərdir".

 

M.Abbaszadə qeyd edib ki, II qrupda vakant yerlərin sayı 3 048-dir: "Bu qrupda Azərbaycan bölməsində boş qalan yerlərin sayı 1 727-dir. 150 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyən 46 nəfər var. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1 500 subbakalavr var. Bu qrupda rus bölməsi üzrə boş qalan yerlərin sayı 299-dur".

 

"III qrupda vəziyyət həmişə olduğu kimi gərgindir. Bu qrupda ümumilikdə vakant yerlərin 296-dır. Azərbaycan bölməsində boş qalan cəmi 1 vakant yer var. Rus bölməsində 283 vakant yer qalıb. Birgə müsabiqə olunan yerlər üzrə 12 yer qalıb. III qrupda 200 baldan yuxarı nəticə göstərib kənarda qalan abituriyentlərin sayı 2 157 nəfərdir. III qrupda ali məktəbə qəbul ola bilməyən 2 000-ə yaxın subbakalavr var, mənə elə gəlir ki, onlar əlavə yerləşdirmə üçün sənəd verməyə bilərlər. Bəlkə də, onlar rus bölməsi üzrə qəbul oluna bilərlər, amma Azərbaycan bölməsində şansları yoxdur", - M.Abbaszadə qeyd edib.

 

DİM sədri bildirib ki, IV qrupda ümumilikdə boş qalan vakant yerlərin sayı 555-dir: "Amma bu yerlərin əksəriyyəti kənd təsərrüfatı sahəsi üzrədir. Bu qalan vakant yerlərin 400-ü Azərbaycan, 51-i rus bölməsi üzrə, 104 yer isə birgə müsabiqə üçün təqdim olunub. IV qrupda Azərbaycana bölməsində 200 baldan yuxarı nəticə göstərib kənarda qalanların sayı 52 nəfərdir. Onların da ali məktəbə qəbul olma şansları çox yüksəkdir. Rus bölməsində isə belə abituriyentlərin sayı 11 nəfərdir. Bu qrupda rus bölməsində təxminən 900 nəfər subbakalavr ali məktəbə qəbul ola bilməyib. Onlar da boş qalan yerlər üçün sənəd verə bilərlər".

 

"V qrupda 90 boş vakant yer qalıb, bu yerlərin hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Onun 46-sı Azərbaycan, 5-i rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib. Qabiliyyət imtahanları ləğv olunan bütün ixtisaslar üzrə yerlərin hamısı dolub", - DİM sədri əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin 25 Oktyabr 2020, 15:38 Yəmənli alimlər Qarabağla bağlı çağırış etdilər 25 Oktyabr 2020, 15:27 Azərbaycan manatı ABŞ dollarına qarşı mövqeyini  qoruyacaq 25 Oktyabr 2020, 15:15 Bakıda 554 küçə dezinfeksiya edildi 25 Oktyabr 2020, 15:06 Düşmənin rəsmi açıqlanan itki sayı 1000-ə çatır - FOTO 25 Oktyabr 2020, 14:59 İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi 25 Oktyabr 2020, 14:50 Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30