Arxiv
24 Sentyabr 2020, 20:18 | AKTUAL
“Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov

Bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin Xarici İşlər nazirlərinin video-konfrans formatında iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, toplantıda Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov iştirak edib.

İclasda 2020-2022-ci illər üzrə AQEM-də Sədrliyin Qazaxıstan Respublikasına keçməsi ilə əlaqədar olaraq bu ölkənin sədrlik proqramı və prioritetləri təqdim edilib, Qazaxıstan Respublikasının nümayəndəsi səfir Kayrat Sarıbəyin AQEM-in İcraçı Direktoru vəzifəsinə seçilməsi barəsində qərar qəbul olunub.

İclasda çıxış edən Xarici İşlər nazirinin müavini Araz Əzimov AQEM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və üzv dövlətlərin üzləşdiyi hədə və çağırışlarla mübarizə sahəsində təşkilatın effektivliyinin artırılmasının vacibliyini vurğulayıb. A.Əzimov COVID-19 pandemiyası ilə mübarizə sahəsində istər milli, istərsə də ikitərəfli və çoxtərəfli formatlarda Azərbaycan Respublikası tərəfindən atılan addımlara toxunaraq, xüsusilə hazırda Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin təşəbbüsü ilə atılan addımların AQEM çərçivəsində bu sahədə əməkdaşlıq üçün yaxşı nümunə təşkil etdiyini diqqətə çatdırıb.

Azərbaycanın regional və trans-regional nəqliyyat infrastrukturunun inkişafı və əlaqəliliyin təşviqinə xüsusi əhəmiyyət verdiyini vurğulayan nazir müavini AQEM çərçivəsində qeyd edilən sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün praktiki əməkdaşlıq üçün tədbirlərin davam etdirilməsinin vacib olduğunu bildirib.

A.Əzimov bu kontekstdə nəqliyyat və tranzit infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid olduğunu bildirən A.Əzimov Ermənistanın hazırkı rəhbərliyinin məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən, münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara zərbə vuran təxribatçı və təhrikedici fəaliyyətinə və bəyanatlarına diqqəti cəlb edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qəsd edən bu davranış və bəyanatları, o cümlədən münaqişənin həlli ilə bağlı irəli sürülən təklifləri nümayişkəranə şəkildə rədd etməsi ilə Ermənistan rəhbərliyinin danışıqları mənasız etdiyini vurğulayıb.

Xarici İşlər nazirinin müavini AQEM-in beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri üzərində qurulduğunu qeyd edərək bu təməl prinsiplərin pozuntularına qarşı AQEM üzv dövlətlərinin prinsipial mövqe və həmrəylik nümayiş etdirməsinin vacib olduğunu vurğulayıb.

Ermənistanın təcavüzkar siyasətindən əl çəkməsi məqsədilə beynəlxalq ictimaiyyət, o cümlədən AQEM-in üzv dövlətləri tərəfindən zəruri addımlar atılmasının vacib olduğunu bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan manatı ABŞ dollarına qarşı mövqeyini  qoruyacaq 25 Oktyabr 2020, 15:15 Bakıda 554 küçə dezinfeksiya edildi 25 Oktyabr 2020, 15:06 Düşmənin rəsmi açıqlanan itki sayı 1000-ə çatır - FOTO 25 Oktyabr 2020, 14:59 İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi 25 Oktyabr 2020, 14:50 Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20