Modern.az

Ermənilər bu yola da əl atdı

Ermənilər bu yola da əl atdı

25 Sentyabr 2020, 23:18

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan Azərbaycan-Ermənistan təmas xəttində yerləşən hərbi hissələrin birində olub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, O.Qasparyan cəbhə xəttində xidmət edən əsgərlərlə görüşüb, onlara simvolik hədiyyələr təqdim edib.

Bu fakt göstərir ki, Ermənistan ordusunun əsgərləri arasında mənəvi-psixoloji durum ürəkaçan deyil. İşğalçı ölkənin rəhbərliyi isə yüksək rütbəli hərbçiləri təmas xəttinə göndərməklə, əsgərlərə kiçik hədiyyələr təqdim etməklə ruh düşkünlüyünü aradan qaldırmağa çalışır.

Ermənistanda ordudan yayınma və qaçma, əsgərlik yaşı çatanların ölkəni tərk etməsi, həmçinin orduda intizamsızlıq, əsgər ölümləri ilə bağlı xəbərlərə erməni mediası və sosial şəbəkələrində tez-tez rast gəlinir. Hazırda Ermənistan hakimiyyətinin içərisindəki qarşıdurma və xalqda yaranmış ruh düşkünlüyünün orduya da sirayət etməsi danılmaz faktdır və bu barədə ermənilər özləri də sosial mediada tez-tez yazırlar. Görünür, Qasparyanın erməni əsgərlərin könlünü kiçik hədiyyələrlə almağa yönəlmiş səfəri də bu ruh düşkünlüyünü və qorxunu dəf etmək cəhdidir. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü