Modern.az

Orxan Quluzadədən ata yurdunun işğal gününə həsr olunmuş Qarabağ - Zəfər layihəsi - VİDEO

Orxan Quluzadədən ata yurdunun işğal gününə həsr olunmuş Qarabağ - Zəfər layihəsi - VİDEO

Aktual

26 Sentyabr 2020, 17:54

Millət Vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadə Qubadlının işğal gününə mahnı həsr edib.

 

Modern.az xəbər verir ki, “Zəfər-Qarabağ” layihəsinin müəllifi olan Orxan mahnının yazılma səbəbini bu sözlərlə qeyd edib:

 

“Bu gün ata yurdum, doğma torpağım olan Qubadlının işğal olunduğu gündür. Ən ülvi arzularımdan biri işğal olunmuş bütün torpaqlarımızın, o cümlədən də Qubadlının işğaldan azad olunması və insanlarımızın öz dədə-baba yurdlarına qayıda bilməsidir. Çox istəyirəm ki, yaxın zamanda Qubadlıda olum, oranın suyundan içim, tər-təmiz havası ilə nəfəs alım.

 

2016-cı ilin Aprel döyüşləri və bugünlərədək baş verənlər inamımı daha da möhkəmləndirib. Əminəm ki, möhtərəm Cənab Prezidentimiz və Ali Baş Komandan Ilham Aliyevin iradəsi, Türkiyə Cumhuriyyətinin dövlət başçısı sayın Recep Tayyip Erdoğanın möhtəşəm mövqeyi, Ordumuzun gücü və Xalqımızın dəstəyi ilə, bu mütləq baş verəcəkdir!

 

Əli silah tutmağa hazır olan doğmalarımla birgə, bizlər də bu haqq işində hər zaman dövlətimizin yanındayıq.

 

Verdiyimiz bütün şəhidlər hər birimiz kimi mənim də iç dünyamı silkələdi. Keçirdiyim hisslər, Cənab Prezidentin qətiyyətli mövqeyi, Azərbaycana dost ölkələrin, xüsusən qardaş Türkiyənin dəstəyi məni çox duyğulandırdı. Bir vətənpərvər gənc olaraq mən də içimdən gələn hisslərimi bir layihəyə çevirməyə qərar verdim.

 

Üzərində çalışdığım və qısa zamanda ərsəyə gələn “Zəfər-Qarabağ” layihəsini sizlərə təqdim edirəm.”

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır