Arxiv
27 Sentyabr 2020, 16:51 | DİASPOR
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciəti edib.

 

Bu barədə Modern.az-a Dövlət Komitəsindən məlumat verilib.

 

Müraciətdə deyilir: “Əziz həmvətənlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

 

Hal-hazırda Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirir. Azərbaycan Ordusu qüdrətlidir, Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməyə və işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

 

Xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

 

Əziz diaspor nümayəndələri, bizə daxil olan müraciətlərdən cəbhəboyu zonada baş verənlərdən nə qədər narahat olduğunuzu başa düşürük və bildirirk ki, xaricdə yaşayan hər bir soydaşımız Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlərlə bağlı səhih məlumatların yayılmasında yaxından iştirak etməlidir.

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu gün xalqa müraciətində deyildiyi kimi:” Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!". 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
85 yaşlı kişi partlayışda öldü 5 Dekabr 2021, 12:59 Ərdoğan: "Gələn ilin ilk aylarından..." 5 Dekabr 2021, 12:58 Göygöldə qadın itkin düşdü 5 Dekabr 2021, 12:46 Soydaşlarımız bu il Həmrəylik Gününü necə qeyd edəcək? 5 Dekabr 2021, 12:40 Ermənistanda yoluxma pik həddə... 5 Dekabr 2021, 12:34 Millimiz beşinci oldu 5 Dekabr 2021, 12:25 İndoneziyada ölənlərin sayı artdı 5 Dekabr 2021, 12:11 Sabahın havası: külək, duman... 5 Dekabr 2021, 12:06 Parlamentin dinamikası: xalqın içindəkilər... 5 Dekabr 2021, 11:59 Fransada koronavirus mənzərəsi 5 Dekabr 2021, 11:48 Lənkəranda qəza 5 Dekabr 2021, 11:45 Şaxta qəzasında son durum 5 Dekabr 2021, 11:30 Mançesterdə Azərbaycan icması ilə görüş - FOTO 5 Dekabr 2021, 11:21 Gürcüstanda yoluxma statistikası 5 Dekabr 2021, 11:12 "Neftçi" "Sumqayıt"a qarşı 5 Dekabr 2021, 11:10 3 səfirin Qarabağa gecikmiş səfərinin PƏRDƏARXASI 5 Dekabr 2021, 11:00 Fin nazir virusa yoluxdu 5 Dekabr 2021, 10:51 İranda PUA qəzası 5 Dekabr 2021, 10:46 Ən yaxşı təqlid edən robot - Video 5 Dekabr 2021, 10:40 Müdafiə Nazirliyinin həftəlik hesabatı - VİDEO 5 Dekabr 2021, 10:30 Makrona qadın "başağrısı": Fransada ilk ola bilər... 5 Dekabr 2021, 10:27 Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü 5 Dekabr 2021, 10:18 Gəncədə ev yandı 5 Dekabr 2021, 10:17 İtaliyada koronavirus 5 Dekabr 2021, 10:08 Dinozavr sürüsünün qalıqları aşkarlandı 5 Dekabr 2021, 10:00 Blinken və Lavrovdan Ukrayna MÜZAKİRƏSİ 5 Dekabr 2021, 09:51 Koronavirus xəstəsi saxlanıldı 5 Dekabr 2021, 09:44 5 Dekabr - Könüllülər Günüdür 5 Dekabr 2021, 09:37 Özbəkistan beynəlxalq uçuşları dayandırdı 5 Dekabr 2021, 09:27 İndoneziya silkələndi 5 Dekabr 2021, 09:16 Saakaşvilidən azərbaycanlılara MƏKTUB 5 Dekabr 2021, 09:09 Dünyada koronavirus mənzərəsi 5 Dekabr 2021, 09:00 İraqda 5 terrorçu zərərsizləşdirildi 5 Dekabr 2021, 00:44 Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir? 5 Dekabr 2021, 00:28 Bakı və İrəvan arasındakı “barter"də kim qazandı... - TƏHLİL 5 Dekabr 2021, 00:12
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?