Arxiv
27 Sentyabr 2020, 18:05 | MƏDƏNİYYƏT
Mədəniyyət xadimləri və yaradıcı şəxslərin Azərbaycan xalqına MÜRACİƏTİ
Məlum olduğu kimi, sentabrın 27-də Ermənistan silahlı qüvvələri yenidən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Xain düşmənin təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi və hərbçilərimiz arasında həlak olanlar və yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılanır.   Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və təxribatları nəticəsində ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi və çoxsaylı mədəniyyət sərvətlərimiz talan və məhv edilib.

Ermənistanın Azərbaycan və dünya mədəniyyətinə qarşı vandalizm aktları "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına, “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.   BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılıq və təcavüzkar fəaliyyətləri davam edir.   Belə həssas zamanda mənfur düşmən dövlətimizə qarşı aktiv və provakativ informasiya müharibəsi aparır. Ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxır, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.   Hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə çağırırıq.   Azərbaycan xalqı öz çoxminillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır.   Unutmayaq ki, tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.   Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!   Biz birlikdə güclüyük! Zəfər bizimlədir!   Tahir Salahov – SSRİ və Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Zeynəb Xanlarova – SSRİ və Azərbaycanın Xalq Artisti Fidan Qasımova – SSRİ və Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli – SSRİ və Azərbaycanın Xalq Artisti Ömər Eldarov- Xalq Rəssamı, ADRA rektoru, akademik Fərhad Xəlilov – Xalq Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Azərpaşa Nemətov- Xalq Artisti, Teatr Xadimləri İttifaqının sədri, rejissor Firəngiz Əlizadə – Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, İttifaqının sədri, Xalq Artisti Məhərrəm Qasımlı – Əməkdar Elm Xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri Elçin Əfəndiyev - Xalq yazıçısı Kamal Abdullayev -Xalq yazıçısı Çingiz Abdullayev- Xalq yazıçısı Nəriman Həsənzadə-Xalq şairi Afaq Məsud-Xalq yazıçısı Ramiz Rövşən -Xalq şairi Mövlud Süleymanlı -Xalq yazıçısı Sabir Rüstəmxanlı -Xalq şairi Vahid Əziz - Xalq şairi Arif Babayev - Xalq Artisti, xanəndə Əlibaba Məmmədov - Xalq Artisti, xanəndə Xuraman Qasımova – Xalq Artisti, opera müğənnisi Tofiq Bakıxanov- Xalq Artisti, bəstəkar Rauf Abdullayev - Xalq Artisti, dirijor Siyavuş Kərimi - Xalq Artisti, bəstəkar Fərəc Qarayev - Xalq Artisti, bəstəkar Eldar Quliyev - Xalq Artisti Oqtay Mir-Qasım- Xalq Artisti Ramiz Fətəliyev - Xalq Artisti Aydın Kazımzadə - Xalq Artisti Vasif Babayev- Xalq Artisti Vaqif Mustafayev- Xalq Artisti Rasim Balayev- Xalq Artisti Həmidə Ömərova- Xalq Artisti Natiq Rəsulzadə- Xalq Yazıçısı, kinodramaturq Sərdar Fərəcov - Xalq Artisti, bəstəkar Faiq Sucəddinov - Xalq Artisti, bəstəkar Rəfiqə Axundova - Xalq Artisti, baletmeyster Maqsud Məmmədov - Xalq Artisti, baletmeyster Fəxrəddin Kərimov - Xalq Artisti, dirijor Ramiz Quliyev - Xalq Artisti, tarzən Azər Zeynalov - Xalq Artisti, opera müğənnisi Alim Qasımov - Xalq Artisti, xanəndə Mənsum İbrahimov - Xalq Artisti, xanəndə Elçin Əzizov - Xalq Artisti, vokalçı Dinarə Əliyeva - Xalq Artisti, vokalçı Teymur Göyçayev - Xalq Artisti, dirijor Səkinə İsmayılova - Xalq Artisti, xanəndə Nəzakət Teymurova - Xalq Artisti, xanəndə Mələkxanım Əyyubova - Xalq Artisti, xanəndə Aygün Bayramova - Xalq Artisti, xanəndə Zabit Nəbizadə - Xalq Artisti, xanəndə Murad Adıgözəlzadə - Xalq Artisti, pianoçu Murad Hüseynov - Xalq Artisti, pianoçu Salman Qəmbərov - Xalq Artisti, caz ifaçısı Cəmil Əmirov - Xalq Artisti, caz ifaçısı Əli Əsgərov - Xalq Artisti, opera müğənnisi Kamilla Hüseynova - Xalq Artisti, opera müğənnisi Əkrəm Poladov - Xalq Artisti, opera müğənnisi Fidan Hacıyeva - Xalq Artisti, opera müğənnisi Qərinə Kərimova - Xalq Artisti, opera müğənnisi Samir Cəfərov – Xalq Artisti, opera müğənnisi Gülağası Mirzəyev - Xalq Artisti, opera müğənnisi Sakit Məmmədov – Xalq Rəssamı Salhab Məmmədov – Xalq Rəssamı Ağaəli İbrahimov– Xalq Rəssamı Mirnadir Zeynalov – Xalq Rəssamı Tofiq Ağababayev – Xalq Rəssamı Çingiz Fərzəliyev - Xalq Rəssamı Fazil Nəcəfov - Xalq Rəssamı Akif Əsgərov – Xalq Rəssamı Natiq Əliyev– Xalq Rəssamı Eldar Mikayılzadə - Xalq Rəssamı Nurəddin Mehdixanlı – Xalq Artisti, aktyor Rafiq Əzimov– Xalq Artisti, aktyor Hacı İsmayılov– Xalq Artisti, aktyor Məleykə Əsədova – Xalq Artisti, aktrisa Laləzar Mustafayeva– Xalq Artisti, aktrisa Firəngiz Mütəllimova– Xalq Artisti, aktrisa Əjdər Həmidov – Xalq Artisti, aktyor Bəsti Cəfərova – Xalq Artisti, aktrisa Bəxtiyar Xanızadə– Xalq Artisti, aktyor Kazım Abdullayev– Xalq Artisti, aktyor Sabir Məmmədov– Xalq Artisti, aktyor Əli Nurzadə– Xalq Artisti, aktyor İlham Namiq Kamal– Xalq Artisti, aktyor Cəfər Namiq Kamal– Xalq Artisti, aktyor Afaq Bəşirqızı– Xalq Artisti, aktrisa Ramiz Məmmədov – Xalq Artisti, aktyor Fatma Mahmudova– Xalq Artisti, aktrisa Aleksandr Şarovskiy– Xalq Artisti, rejissor Məbud Məhərrəmov – Xalq Artisti, aktyor Nataliya Şarovskaya– Xalq Artisti, aktrisa Lyudmila Duxovnaya– Xalq Artisti, aktrisa Mirzə Səfa Mirzəhəsənov– Xalq Artisti, aktyor Yevgeniya Nevmerjitskaya– Xalq Artisti, aktrisa Fəxrəddin Manafov – Xalq Artisti, aktyor Aleksandra Mikuşina – Xalq Artisti, aktyor İranə Tağızadə– Xalq Artisti, rejissor Cənnət Səlimova– Xalq Artisti, rejissor Vaqif Əsədov– Xalq Artisti, rejissor Yasin Qarayev – Xalq Artisti, aktyor Naibə Allahverdiyeva– Xalq Artisti, aktrisa Nubar Novruzova– Xalq Artisti, aktrisa Qurban İsmayılov– Xalq Artisti, aktyor Məmmədsəfa Qasımov– Xalq Artisti, aktyor Vidadi Həsənov– Xalq Artisti, aktyor Bəhram Osmanov – Əmakdar İncəsənət xadimi, rejissor Mehriban Ələkbarzadə – Əmakdar İncəsənət xadimi, rejissor Ayaz Salayev– Əmakdar İncəsənət xadimi, kinoşünas Sahib Paşazadə - Əməkdar Artist, tarzən Elvin Hoca Qəniyev - Əməkdar Artist, violin ifaçısı Elnur Əhmədov - Əməkdar Artist, kamança ifaçısı Elçin Həşimov - Əməkdar Artist, tarzən Eyyub Quliyev- Əməkdar Artist, bəstəkar Rain Sultanov – Əməkdar Artist, caz ifaçısı İsfar Sarabskiy - Əməkdar Artist, caz ifaçısı Emil Əfrasiyab - Əməkdar Artist, caz ifaçısı Şahin Növrəsli -- Əməkdar Artist, caz ifaçısı Eldar Qurbanov – Əməkdar Rəssam Rafael Abbasov– Əməkdar Rəssam Rafael Muradov – Əməkdar Rəssam Rəşad Mehdiyev – Əməkdar Rəssam Vüqar Muradov – Əməkdar Rəssam Məmmədhüseyn Hüseynov– Əməkdar Rəssam Natiq Səfərov – Əməkdar Rəssam Məlik Ağamalov– Əməkdar Rəssam Mikayıl Əbdürrəhmanov – Əməkdar Rəssam Altay Sadıqzadə– Əməkdar Rəssam İnna Kostina– Əməkdar Rəssam Yelena Haqverdiyeva– Əməkdar Rəssam Hüseyn Haqverdiyev – Əməkdar Rəssam Ülviyyə Həmzəyeva– Əməkdar Rəssam Aydın Rəcəbov– Əməkdar Rəssam Ədhəm Yusifov – Əməkdar Rəssam Nicat Kazımov – Əmakdar Artist, rejissor Fuad İbrahimov-Əmakdar Artist, dirijor      
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42