Modern.az

Azərbaycanlılar Rusiya ermənilərinin liderini MƏHKƏMƏYƏ VERDİ

Azərbaycanlılar Rusiya ermənilərinin liderini MƏHKƏMƏYƏ VERDİ

29 Sentyabr 2020, 13:30

Rusiyada yaşayan azərbaycanlılar Rusiya Erməniləri İttifaqı diaspor təşkilatının sədri Ara Abramyanı məhkəməyə verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov  bu barədə məlumat verib. O, erməni diaspor liderinin “Rusiyadan Qarabağa 20 min könüllü göndərmək planımız var. Hərbi nəqliyyat təyyarəsi əldə etməyə çalışacayıq”-deyə açıqlama verməsini ekstremizm adlandırıb.

                                         
“Ara Abramyan ekstremist açıqlamalar verərək Rusiya ərazisində etnik gərginlik yaratmaq istəyir. Onun addım və hərəkətlərinə hüquqi qiymət verilməsi üçün polisə müraciət edəcəyik”-deyə Elnur Hüseynov söyləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı