Modern.az

Belçika Parlamentinin deputatı: "Siz tarixin doğru tərəfindəsiniz"

Belçika Parlamentinin deputatı:

Aktual

29 Sentyabr 2020, 17:05

Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Belçika Parlamentinin Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Tim Vandenput ilə videokonfrans formatında görüş keçirib.

 

Modern.az xəbər verir ki, ideokonfransda Azərbaycan-Belçika Dostluq Qrupunun rəhbəri, deputat Kamal Cəfərov, qrupun üzvləri deputatlar Nigar Arpadarai və Vüqar Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü barədə geniş məlumat veriblər.

Belçika Parlamentinin deputatı Tim Vandeput Ermənistanın cəbhə xəttində təxribatları nəticəsində həyatını itirən şəxslərə görə dərin hüznlə başsağlığı verib. O bildirib ki, hazırda baş verənlər çox aydındır. “Möhkəm olun, inanın ki, siz tarixin doğru tərəfindəsiniz və beynəlxalq hüquq çərçivəsindəsiz" – deyə Tim Vandenput qeyd edib.

 

Tim Vandenput həmçinin bildirib ki, Belçika da BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu görüş və verilən geniş məlumatı Belçikanın xairici işlər nazirinə çatdıracaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır