Modern.az

Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub

Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub

29 Sentyabr 2020, 20:13

“Gürcüstan ərazisindən istənilən ölkə tərəfindən hərbi məqsədlərlə yüklərin tranziti üçün istifadəyə qadağa qoyulub”.  

Modern.az  “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.

O deyib ki, Gürcüstanın qonşuları bunu bilir və bu yanaşmaya anlayışla yanaşırlar.

Komitə sədrinin sözlərinə görə, Gürcüstan münaqişə ilə bağlı məlum səbəblərə görə bir növ bitərəf mövqe tutur: “Çünki həm Azərbaycan, həm də Ermənistanla olduqca yaxşı qonşuluq münasibətlərimiz var. Biz hazırkı vəziyyəti təhlil edirik, prosesi müşahidə edirik və bütün ssenarilərə hazırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi