Modern.az

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı

1 Oktyabr 2020, 18:40

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 19 may 1987-ci il tarixindən Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlayıb.

 

Bu barədə Modern.az-a Mədəniyyət nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Qarabağ torpağı Ermənistan tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyyə olunaraq Bakıya gətirilib.

 

Həmin vaxtdan etibarən xilas olunmuş eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilir və muzeyin fondunda qorunub saxlanılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər