Modern.az

“Qarabağ” qələbəsini əsgər salamı ilə qeyd etdi

“Qarabağ” qələbəsini əsgər salamı ilə qeyd etdi

Aktual

2 Oktyabr 2020, 00:27

"Qarabağ" UEFA Avropa Liqasının pley-off matçında Polşada "Legiya" üzərində qazandığı qələbəni əsgər salamı ilə qeyd edib.

Modern.az xəbər verir ki, bu, Varşavadakı "Wojska Polskiego" stadionunda keçirilmiş matçdan sonra baş verib. Azərbaycan komandası Dağlıq Qarabağda erməni işğalçılarına qarşı əks-hücum əməliyyatı keçirən Ordumuza kollektiv olaraq, əsgər salamı ilə dəstək olub.

Qeyd edək ki, 3:0 hesablı qələbə sayəsində "Qarabağ" ardıcıl 7-ci mövsüm Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür