Modern.az

Azərbaycan əsgəri RUHUMUZU azad edir - Deputat YAZIR

Azərbaycan əsgəri RUHUMUZU azad edir - Deputat YAZIR

Parlament

7 Oktyabr 2020, 09:26

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cəbrayılın işğaldan azad olunduğu gün söylədiyi nitq tarixi xarakter daşıyır və zaman keçdikcə, o çıxış daha da dəyərli olacaq.

 

Prezident dedi: “Biz onları torpaqlarımızdan iti qovan kimi qovuruq”.  

 

Tamamilə yerində işlədilmiş ifadədir. Bir müddət öncə Şuşada keçirilən həyasız inaqurasiyada keşiş daşnaq Ayrikə xeyir-dua verdi. Ayrik də feyziyab olmuşdu. İndi siçan kimi qaçıb gizlənib. Bunlar insanlarımızı vəhşicəsinə qətlə yetiriblər, şəhərlərimizi, kəndlərimizi, qəbirstanlıqları,  tarixi abidələri dağıdıblar. Hər bir şəhərin ruhu var. Hər bir kəndin ruhu var. O, ruhları məhv etməyə çalışıblar. Ruhları dirçəltməliyik.

Və dirçəldəcəyik.  Suqovuşanın ruhu kimi...

Alman drammaturqu, Nobel mükafatı laureatı Herhard Qautmanın II Dünya müharibəsində Drezdendə Dağılmış Muzeyin qarşısında ürəyi partlamışdı.

Bizim də on minlərlə həmvətənimiz Şuşa, Xankəndi, Fizuli, Ağdam, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocalı, Ağdərə, Laçın həsrətinə tab gətirməyərək dünyasını dəyişib. Bu müharibənin ağır psixoloji məqamlarıdır. Və fiziki ölümdən də betərdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Siyasət və Beynəlxalq münasibətlərə yeni anlayış gətirdi: “Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı Sülh və əmin-amanlığa qovuşması mümkün deyil”.

 

Ermənistan quldur dövlətdir. Bu quldurlar Şuşanın adını dəyişib Şuşiq qoyublar. Baxmayaraq ki, hətta Bolşaya Rossiyskaya Ensiklopediyada Xankəndi toponimi saxlanılır.

Uzağa getmirəm, doğulduğum Vedi bölgəsi və onun ətrafında olan rayon və kəndlərin adlarını misal çəkmək istəyirəm. Bir dənə də olsun erməni toponimi yoxdur: Qəmərli, Yuva, Vedi, Şirazlı, Qaralar, Yengicə, Reyhanlı, Şidli, Xalisə, Çimən, Kərki, Güllüdüzü, Gədikvəndgi, Qovuşuq, Arazdəyən və s.

Yüzlərə belə Azərbaycan toponimlərini sadalamaq olar. 

 

Quldur dövlətin quldur saxta, kukla prezidenti Ayrik gəlib adını dəyişdirdikləri Şuşada özünə inaqurasiya düzəldir.

Yer üzü belə həyasızlıq görməyib. Bütün kənd və şəhərlərimizin əsarətdə olan ruhları azad olunmalıdır. Quldur dövlətə heç vəchlə aman vermək olmaz ki, torpaqlarımızda qalsınlar...

İndi Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgəri işğal edilmiş torpaqlarımızı, ən əsası işğal edilmiş ruhumuzu azad edir.

Qarabağ Azərbaycandır!
 

Etibar ƏLİYEV,
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır