Modern.az

Sankt-Peterburqda yaşayan iş adamından ordumuza DƏSTƏK

Sankt-Peterburqda yaşayan iş adamından ordumuza DƏSTƏK

13 Oktyabr 2020, 13:06

İşğalçı Ermənistanın illərdir işğal altında saxladığı torpaqlarımızı düşməndən təmizləyən Azərbaycan ordusuna ölkə xaricindəki soydaşlarımızdan da dəstək gəlir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməklə bu tarixi günlərdə vətənin, Azərbaycan hərbiçilərinin yanında olduqlarını göstərirlər. 

 

Modern.az xəbər verir ki, belə soydaşlarımızdan biri də Sankt-Peterburqda yaşayan iş adamı Adil Quliyevdir. O, Silahlı Qüvvələrə Yardım Fonduna 9800 manat köçürüb. Əslən Goranboy rayonundan olan Adil Əliaslan oğlu Quliyev uzun illərdir ki, Rusiyanın Sankt-Peterburq şəhərində bizneslə məşğuldur. Özü uzaqlarda olsa da, qəlbi hər zaman vətənlə döyünən həmyerlimiz, bundan öncə koronavirus pandemiyasıyla bağlı Goranbboy rayonunun Xanqərvənd  kənd camaatına da bir neçə dəfə yardımlar göstərib. 

 

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu, Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb. Fondun məqsədi, Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir. 

 

 

Fidan ƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi