Arxiv
14 Oktyabr 2020, 12:55 | AKTUAL
Prezident: “Vəziyyəti nəzərə alıb təqvimlə bağlı mövqeyimizi yumşaltdıq”

“Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizə məqbul olmayan maddələr o açıqlamaya salınmalı idi”.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində jurnalistin “Moskva görüşündə Ermənistanın Qarabağdan çıxması üçün bir təqvim və Moskvanın ortaya qoyduğu bir layihə oldumu?” sualına cavabında deyib. 

 

İlham Əliyev bildirib ki, bu təqdim danışıqlar prosesində veriləcək: 

 

“Xeyr, təklif verilmədi, biz də çox israr etməmişdik. Çünki Moskva anlaşmasının açıqlamasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi də o idi ki, bizə məqbul olmayan maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına oturanda hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və müntəzəm olaraq biz əlaqədə idik. Şərtlərimizi demişdim, o şərtlərdən kənarda bir razılaşma mümkün deyildi. Ona görə də biz vəziyyəti nəzərə alaraq təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. 

 

Ancaq nə zaman? Artıq müzakirə müddəti çərçivəsində. O açıqlamada göstərildi ki, təməl prinsiplər əsasında - yəni Madrid prinsipləri. O da Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasını təsbit edir - müzakirələr bərpa edilir. Eyni zamanda danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni ki, Ermənistan və Azərbaycan danışıqlar aparacaq. Hər hansı bir sözdə, dırnaqarası Dağlıq Qarabağ nümayəndələrinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Bu, bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, artıq dərhal danışıqlar başlasın və təqvim bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir, bu, çox uzunmüddətli ola bilməz. Biz 30 il gözləmişik, artıq Azərbaycan xalqının səbri tükənib. Əminəm ki, əgər danışıqlar bərpa ediləcəksə, bu təqvim bizə veriləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Müdafiə Nazirliyi cəbhədəki SON vəziyyətlə bağlı məlumat YAYDI 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50