Arxiv
15 Oktyabr 2020, 14:22 | ƏDƏBİYYAT
İlham Əliyev 200 illik plana zərbə vurur

Azər Qismət


Bu, təkcə torpaqların alınması, Azərbaycanın bütövləşməsi deyil. Bu, İlham Əliyevin böyük erməniliyə ağır zərbəsidir. Gözümüzün qarşısında İlham Əliyev böyük planı puç edir. Təsəvvür edin, 200 illik təşkilatlanmanı, 200 illik planı məhv edir.  Bu, o xülyaya zərbədir ki, 200 il bundan əvvəl dünya erməniliyi təşkilatlanıb “dənizdən-dənizə” dövlət ideologiyasını düşünüb illərlə həyata keçirirdilər. Hələ bu ideologiyanın tarixi ondan da irəli gedir. 1441-ci ildə, xaç yürüşlərinə dəstək vermiş erməni kilsəsi öz varlığını II Muraddan qorumaq üçün Qaraqoyunlu dövlətinin hakiminin - Cahan şahın qanadının altına sığınmışdı. Erməni kilsə mərkəzinin Qafqaza köçürmək üçün bütün imkanlardan istifadə edərək (1436-1467) Cahan şahdan icazə almağa müyəssər olmuşdu. Onların böyük dövlət qurmaq planı məhz Azərbaycan ərazisində reallaşmalı idi. İlham Əliyev 1436-cı ildən formalaşan dənizdən dənizə ideologuiyasını puç edir.


Bu plandan ötəri “ASALA” terror  təşkilatı yaradıb onlara qarşı çıxan diplomatları qətlə yetiriblər, super derjavaların rəhbərliyinə öz adamlarını yerləşdiriblər, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini ələ alıblar, böyük fondlar yaradıblar. Hətta o fondlara pul köçürməyən erməniləri ermənilikdən siliblər, qətlə yetiriblər. Bu həmin böyük ermənilik planı idi ki, erməni katalikosluğu erməni qadınlarına güclü millətlərin kişilərindən uşaq doğmağı tapşırmışdı, o məqsədlə ki, ermənilər rəqabətə davamlı millət deyildi. Məhz metis ermənilərin ağlı, ideyası ilə Böyük Ermənistan qurula bilərdi. Hətta millətlərinin dünyanın idarəedici qüvvəsinə çevrilməsi üçün ən məşhur adamlarla ailə həyatı qurdular, tarixçilərin bank hesablarına külli miqdarda pul köçürüb Böyük Ermənistana aid kitablar yazdırdılar, alban kilsələrini qriqoryan kilsələrinə çevirdilər, işğal etdikləri torpaqların altından abidələr “tapıb” və həmin daşları alma şirəsi töküb qaraltmağa qədər saxtakarlığa imza atdılar,  qədim Ermənistana aid olduğunu Fransa Arxeologiya İnstitutunun kataloquna saldılar.     


Bu həmin plan idi ki, Anastas Mikoyan hər il məzuniyyətini Ermənistanda keçirib, rayon partiya komitələrinin katiblərinə rus dilini bilən yaraşıqlı erməni oğlanları tapmalarını tapşırar, həmin gəncləri SSRİ-nin yüksək rütbəli məmurları, eləcə də sözü keçən hüquq-mühafizə orqanları rəhbərlərinin qızları ilə evləndirərdi. Hətta dənizdən dənizə planı idi ki, Sumqayıt hadisələrinin əsas təşkilatçısı olan Qriqoryan öz erməni qanından olanları qətlə yetirməkdən çəkinməmişdi. Təki o böyük plan həyata keçsin. Bu həmin plan idi ki, Dağlıq Qarabağ Muxat Vilayətinin Ermənistana birləşdirilməsi üçün Qorbaçovun həyat yoldaşı Raisa Maksimovnaya yüksək karatlı brilyantlar bağışlanmışdı.


Təsəvvür edin, İlham Əliyev akademik Ağambekyanın, “Ocaq” kimi şovinist kitab yazan Zori Balayanın, hər azərbaycanlının ölümündən həzz aldığını deyən, dırnaqarası erməni anası Silva Kaputikyanın ideologiyasını məhv etməkdədir. O, necə böyük işin altına girib. Paşinyanı idarə edən və ölkələrdə məxməri inqilablar törədən Corc Sorosun, dövriyyədə milyardlarla vəsaiti olan böyük ailələrin  qarşısında sinəsini gərib. O, dünyanı idarə edən ailələrin ələ aldıqları ölkə prezidentlərinin qarşısına çıxaraq sözünü mərdanə deyir. Və Azərbaycana 1918-ci ildən bəri üzünü görmədiyi, həmişə arzusunda olduğu, gələcəkdə başını dik tutacaq, milli ideologiyasını zənginləşdirəcək, yeni nağıllara, dastanlara çevriləcək qalibiyyət bəxş edir. O, dünyanın bu regionundakı siyasi düzəninə dəyişiklik gətirəcək böyük işə imza atır. Bu necə də ağır və həm də qürurverici işdir. Və nə xoş bizə ki, o prosesin şahidi olmaq bizim nəslin bəxtinə qismət olub.    

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əhəd Abıyevdən ölkədəki son hadisələrə kəskin münasibət - VİDEO 26 Yanvar 2021, 18:00 “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH 26 Yanvar 2021, 17:55 Qubadlının Dəmirçilər kəndi - VİDEO 26 Yanvar 2021, 17:53 Sarkisyan xəstəxanadan buraxıldı 26 Yanvar 2021, 17:49 Prezident Albert Mustafayevi təltif etdi 26 Yanvar 2021, 17:44 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi 26 Yanvar 2021, 17:42 Tütün məmulatlarının aksiz dərəcələri 11 dəfə artırılır 26 Yanvar 2021, 17:39 Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək 26 Yanvar 2021, 17:34 Məhkəmə Vüqar Səfərli ilə bağlı QƏRAR VERDİ 26 Yanvar 2021, 17:32 2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ 26 Yanvar 2021, 17:30 Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək... 26 Yanvar 2021, 17:25  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olunur 26 Yanvar 2021, 17:19 Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ 26 Yanvar 2021, 17:17 “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ 26 Yanvar 2021, 17:13 Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:06 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44 Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana gedəcək 26 Yanvar 2021, 16:40 Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36 Azərbaycanda ceyranların sayı ARTDI 26 Yanvar 2021, 16:30 Yoluxma yenə artdı, ölü sayı AZALDI 26 Yanvar 2021, 16:25 Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB 26 Yanvar 2021, 16:23 Çörək və unun satışı vergidən azad olunur 26 Yanvar 2021, 16:20 Sahibkarlara 39 milyon manat maliyyə dəstəyi göstərildi 26 Yanvar 2021, 16:15 Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Deputat 26 Yanvar 2021, 16:12 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi 26 Yanvar 2021, 16:09 Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE 26 Yanvar 2021, 16:03 Nazir regional idarələrə yeni rəislər təyin etdi 26 Yanvar 2021, 16:00 Prezident Oqtay Şahbazovu işdən azad etdi 26 Yanvar 2021, 15:55 Ramin Quluzadə yeni vəzifəyə TƏYİN OLUNDU 26 Yanvar 2021, 15:50