Modern.az

Pakistanda terror: 12 təhlükəsizlik işçisi öldürüldü

Pakistanda terror: 12 təhlükəsizlik işçisi öldürüldü

Dünya

16 Oktyabr 2020, 03:25

Pakistanın Şimali Vəziristan bölgəsindəki Bəlucistan əyalətində iki terror hücumu nəticəsində 12 xüsusi xidmətin əməkdaşı və hərbçisi həlak olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan radiosu məlumat yayıb.

 

Ölənlərdən altı nəfər Qvadar adlanan rayonda naməlum silahlıların dövlətə məxsus "Oil & Gas Development Company Ltd" (OGDCL) şirkətinin maşın karvanına hücum etməsi nəticəsində, digər altı hərbçi isə Razmak adlanan ərazidə partlayıcının işə düşməsi nəticəsində həlak olublar.

Cinayətkarların axtarışı davam edir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu