Modern.az

Ərdoğandan müjdə: Türkiyə Qara dənizdə yeni qaz ehtiyatı aşkarlayıb

Ərdoğandan müjdə: Türkiyə Qara dənizdə yeni qaz ehtiyatı aşkarlayıb

Aktual

17 Oktyabr 2020, 21:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə yeni qaz ehtiyatının aşkarlandığını açıqlayıb.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, yatağın ümumi həcmi 405 milyard kub metr təşkil edir.

 

“Bizim gəmimiz ilk qaz yatağının tapılmasından sonra işini davam etdirdi. Yeni tədqiqatlar zamanı daha 85 milyard kub metr qaz ehtiyatı tapılıb”, - deyə Türkiyə Prezidenti bildirib.

 

Məlumata görə, Türkiyə 2023-cü ildən yatağın istismarına başlamağı planlaşdırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü