Modern.az

Norveçlilər də terrora “yox!” dedilər

Norveçlilər də terrora “yox!” dedilər

18 Oktyabr 2020, 12:46

Norveçin Stavanger şəhərində yaşayan Azərbaycan, Türkiyə  və Cənubi Azərbaycandan olan soydaşlarımız əllərində Azərbaycan bayraqları, erməni vəhşiliklərini əks etdirən fotolar, plakat və şüarlarla  şəhərinin mərkəzi meydanı olan Byparken Pavilyonunda  «Qarabağa azadlıq!», «Erməni təcavuzunə son!», «Qarabag Azərbaycandır!» süarları ilə aksiya keciriblər.

 

Əyalətdə yaşayan həmyerlimiz, azərbaycanlı fəal İradə Esmaelyi Modern.az-a deyib ki, Stavanger  şəhərinin mərkəzi meydanında yerləşən parkda azərbaycanlıların başladığı dinc mitinq şəhər sakinlərinin də diqqətindən yayınmayıb.

 

“Biz onlara erməni terrorundan bəhs edən broşürlər payladıq. Aksiyanın məramı və məqsədi barədə şəhər əhalisinə  öz fikrimizi çatdırdıq. Stavangerlilər   Xocalı faciəsini, Gəncə terrorunu, dinc sakinlərin, körpə uşaqların gecə yatdıqları yerdə bombalanmasını bəşəri cinayət adlandırıdılar”.

 

Həmyerlilərimizin dinc mitinqində bir nəfər erməni  qadın qarışılıq yaratmaq istəsə də, buna nail ola bilməyib.  Bu ölkənin vətəndaşları olan həmyerlilərimiz və tələbələrimizin mitinqi “Qarabağ Azərbaycandır!” şüarı ilə  bitib.

 

“Biz sevindik ki, Vətənimizin bu ağır və şərəfli günlərində uzaqdan da olsa, səsimizi  və həqiqətlərimizi  yaşadığımız ölkənin insanlarına çatdıra bildik. Biz eyni zamanda müxtəlif qurumlara və nazirliklərə də bəyanat və Gəncədə baş verən terrordan bəhs edən şəkillər göndərmişik”,- İradə Esmaelyi.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI