Modern.az

Tanınmış mədəniyyət və incəsənət nümayəndələri Gəncədə

Tanınmış mədəniyyət və incəsənət nümayəndələri Gəncədə

Aktual

18 Oktyabr 2020, 14:29

Azərbaycanın bir neçə tanınmış mədəniyyət və incəsənət nümayəndəsi Gəncə şəhərində olub.

 

Modern.az-ın verdiyi xəbərə görə, onlar erməni terrroru nəticəsində dağılmış əraziyə baş çəkiblər.

 

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inandığını bildirib.

 

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Gəncədə baş verənlərin böyük faciə olduğunu deyib: “Gecə vaxtı mülkiu əhaliyə qarşı bu hərəkət qəbuledilməzdir. Dünya artıq buna reaksiya verməlidir. Ermənilər qadın, uşaq, qoca qatilləridir.” 

 

Əməkdar artist Təyyar Bayramov ermənilərin Gəncəyə terrrorunu qınayıb: “Bu hadisələr mənə çox tanışdır. 1992-ci ildə mən də erməni terroru nəticəsində dağıntılar arasında qalmışam”. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi