Arxiv
20 Oktyabr 2020, 16:06 | DİASPOR
Ankarada Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib - FOTO

Türkiyənin Ankara şəhərində Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə avtoyürüş keçirilib.

 

Modern.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində dinc sakinlərin, o cümlədən uşaq və qadınların qətlə yetirilməsinə etiraz edən soydaşlarımız öncə Azərbaycanın Türkiyədəki səfirliyi önündə toplaşıblar. Dərnəyn rəhbəri Arzuman Azaflı, Ankara Universitetinin doktorantı Nərmin Mirzəyeva aksiya iştirakçıları qarşısında çıxış edərək, Ermənistanın 11 oktyabr və 17 oktyabr tarixlərində törətdiyi terror aktlarını hiddətlə pisləyiblər. 

 

Sonra Azərbaycan və Türkiyənin bayraqlarına bürünən 100 avtomobilin hərəkət etdiyi karvan səfirliyinin qarşısından avtoyürüşə yollanıb. Karvan  Çankaya Köşkü, Cumhurbaşkanlığı Külliyesi (Prezident Kompleksi) önündən keçməklə, Gölbaşında yürüşü başa çatdırıb. Aksiya boyu “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar nümayş etdirilib və münaqişənin nizamlanmasında dünya birliyinə ədalətli mövqe nümayiş etdirməyə çağırış edilib. Aksiya şəhidlərin ruhuna Qurani-Kərim oxunması, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsilə yekunlaşıb.

 

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən qədim Gəncə şəhərini raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə və şəhərə ciddi və külli miqdarda ziyan dəyib. Hər iki terror aktı nəticəsində 24 nəfər həlak olub, 90 dinc sakin ağır yaralanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15