Arxiv
20 Oktyabr 2020, 20:26 | AKTUAL
Peşəkar jurnalist Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib

Peşəkar jurnalist, Azərbaycanın və Azərtac-ın dostu Hi Pinq Çinin Sinxua milli xəbər agentliyinin prezidenti təyin edilib.

 

Modern.az xəbər verir ki, son bir neçə ildə Sinxuada nazir statusunda baş redaktor kimi çalışan Hi Pinq bu vəzifədə uzun illər agentlikdə informasiya buraxılışına rəhbərlik edib.

 

Xüsusi qeyd etmək lazımdır ki, Hi Pinq Sinxua ilə Azərtac arasında əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Onun başçılıq etdiyi nümayəndə heyəti 2018-ci ilin sentyabrında Azərbaycanda səfərdə olub. Azərtac-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə agentliklərimiz arasında səmərəli əməkdaşlığın dövlət başçıları İlham Əliyevin və Si Cinpinin ölkələrimizin münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı hədəflərinə uyğun olduğu vurğulanmışdı.

 

Azərbaycan Prezidenti İlham Əliyev Hi Pinqin rəhbərlik etdiyi Sinxua nümayəndə heyətini qəbul etmiş, iki ölkənin milli xəbər agentliklərinin yüksək əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirmişdi. Hi Pinq Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi böyük önəmi xüsusi vurğulamış, bunun nəticəsində iki ölkənin əməkdaşlıq əlaqələrinin dərinləşdiyini bildirmişdi. Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyən Hi Pinq Sinxua ilə Azərtac arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdı.

Hi Pinq Bakıda olduğu müddətdə paytaxtımızın tarixi yerlərinə baş çəkmiş, Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu ilə tanış olmuşdu.

 

Qeyd edək ki, Hi Pinqin Bakıya səfərindən bir neçə ay əvvəl - 2018-ci ilin iyun ayında Pekində Azərtac ilə Sinxua arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişini Sinxua tərəfdən məhz Hi Pinq imzalamışdı. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi II "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun nəticələrinin icrası istiqamətində Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platformasına Azərtac-ın təsisçi-üzv statusunda qoşulmasına da Hi Pinq dəstək verib.

 

AZƏRTAC ilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik Dünya Xəbər Agentlikləri Konqresində, Azərtac-ın hazırda vitse-prezident olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sıx əməkdaşlıq edirlər. Sinxua Azərtac-ın ölkəmizin inkişafı, Azərbaycanda baş verən yeniliklərlə bağlı ayda 10-15 xəbərini öz saytında yerləşdirir. Həmçinin Sinxua Azərbaycanla bağlı məlumatları ölkənin əsas xəbər mənbəyi olan Azərtac-dan alır. Azərtac-ın Çin dilində informasiyaları isə həm Sinxuada, həm də ölkənin digər nüfuzlu KİV-lərində yayımlanır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?