Modern.az

UEFA Avropa çempionatını ləğv etdi

UEFA Avropa çempionatını ləğv etdi

Aktual

20 Oktyabr 2020, 23:10

UEFA 2020-ci ildə keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı ilə bağlı qərarını verib.
 

Modern.az xəbər verir ki, final mərhələsi Şimali İrlandiyada keçirilməli olan turnir ləğv edilib.
 
Buna koronavirus pandemiyası səbəb olub. Hazırki durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.


 
Final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə - İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu