Modern.az

İsveçrədə yaşayan azərbaycanlılardan xəbər: MÜBARİZƏ APARIRIQ

İsveçrədə yaşayan azərbaycanlılardan xəbər: MÜBARİZƏ APARIRIQ

22 Oktyabr 2020, 13:13

Hər yerdə olduğu kimi, İsveçrədə də Azərbaycan diasporası fəallığını əldən vermədən çalışır. Biz də İsçevrədə ermənilərin Gəncə və digər bölgələrə etdiyi təcavüzə qarşı böyük mübarizə aparırıq”.

 

Bu fikirləri Modern.az-a İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” nin rəhbəri Qasım Nəsirov bildirib.

 

Onun sözlərinə görə təəssüf ki, bütün Avropa qəzetlərində, mediasında erməniləri müdafiə xarakterli məqalalər, televiziya verlişləri hazırlanır:

 

“Bunların qarşısını almaq üçün biz əlimizdən gələni edirik. Cenevrədəki şəhər İcra Hakimiyyəti və onun deputatları bu yaxınlarda Azərbaycanı pisləyən qərar qəbul etmişdilər. İsveçrəli, erməni əsilli deputat orada olduğu üçün hamını yalan yola yönəldərək, bu qətnaməni qəbul etdirmişdi. Biz Cenevrə şəhərinin İcra Hakimiyyəti qarşısında piket keçirdik, isbat sənədləri içəri keçib hamısına təqdim etdik.

 

Ermənistanın etdiklərini pisləyən mitinqlər keçirib, mitinq bitdikdən sonra İsveçrənin parlament deputatlarına məktub hazırladıq. Məktubun içərisində deputatlara müraciət, bütün məlumatlar və mitinqə toplaşan hər kəsin imzası olan kağızlar qoyuldu. Parlamentə təhvil verildi. Erməni əsilli deputatlar isveçrəli deputatlara təsir göstərməyə çalışırlar”.

 

Fidan İLQARQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı