Arxiv
22 Oktyabr 2020, 14:55 | PARLAMENT
Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlıq komitəsinin büro iclası keçirilib

 

Oktyabrın 21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi  bürosunun videokonfrans formatında növbədənkənar iclası keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iclasda Milli Məclisin deputatları - Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, komitənin həmsədri Cavanşir Feyziyev və sədr müavini Erkin Qədirli iştirak ediblər.

 

İclasda çıxış edən komitənin həmsədri Cavanşir Feyziyev Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə məlumat verdi. Bildirdi ki, sentyabrın 27-dən başlayan silahlı toqquşmalardan bugünədək iki dəfə atəşkəs barədə razılığa gəlinsə də, Ermənistan atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrinə raketlərlə hücum etdi. Atəşkəs barədə razılaşmadan dərhal sonra Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə gecə vaxtı ballistik raketlər atdı. Nəticədə xeyli sayda mülki insan, o cümlədən uşaqlar həlak oldu, yaralandı, yaşayış evləri yararsız vəziyyətə düşdü. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü razılaşdırılsa da, Ermənistanın baş naziri Nikol Paşinyan məsələnin ancaq hərb yolu ilə həllinin mümkün olduğunu iddia edərək son anda bu görüşdən imtina etdi. 

 

Cavanşir Feyziyev diqqətə çatdırdı ki, Ermənistan öz ərazisindən Azərbaycanın böyük şəhərlərinə raketlər atmaqla Azərbaycanı ona cavab verməyə təhrik edir və beləliklə münaqişəyə üçüncü dövlətləri cəlb etməyə çalışır. Azərbaycan həmişə danışıqlara hazırdır, lakin Ermənistanın məntiqsiz davranışları buna imkan vermir. Ermənistan tərəfi bilməlidir ki, atəşi dayandırmasalar, heç bir danışıqdan söhbət gedə bilməz.  Hazırda Ermənistan müxtəlif ölkələrin Dağlıq Qarabağın müstəqilliyini tanıması üçün əlində olan bütün vasitələrdən istifadə edir. Lakin beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dünya dövlətləri Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul edir.

 

Sonra iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand hər iki tərəfdə insanların həlak olmasından narahatlığını bildirdi və tərəfləri atəşi dayandırmağa çağırdı. Həmsədr Paşinyanın iki ölkə Prezidentləri arasında görüş keçirilməsinə etiraz etdiyindən xəbərsiz olduğunu və bu görüşün Ermənistanın maraqlarına uyğun olduğunu üçün Ermənistanın məntiqsiz davrandığını qeyd etdi.

 

İclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Avropa İttifaqı tərəfdən sədr müavinləri Kosma Zlotovski, Raza Yukneviçiene Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kompromisin və uzunmüddətli strategiyanın vacibliyinə diqqəti çəkdilər. Qeyd olundu ki, Dağlıq Qarabağda ermənilər yaşayır, lakin bu Qarabağın Azərbaycan torpağı olması faktını dəyişmir. Sədr müavinləri tərəfləri münaqişənin danışıqlar yolu ilə həllinə çağırdılar. 

 

Videokonfrans formatında keçirilən iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən sədr müavini, Milli Məclisin deputatı Erkin Qədirli diqqətə çatdırdı ki, Ermənistanın əvvəlki prezidentləri müharibə cinayətkarları idilər, Xocalıda törətdikləri soyqırımı da etiraf etmişdilər və bu gün də Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı davam edir.

 

Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Madrid prinsiplərinə toxunan Erkin Qədirli qeyd etdi ki, Qazaxıstanda keçirilən görüş zamanı Paşinyanın çevrəsində olan məmurlar Madrid prinsiplərini tanımadıqlarını bildirmişdilər, bundan sonra isə Paşinyan “Qarabağ Ermənistandır !” bəyanatı ilə çıxış etmişdi. 

 

Erkin Qədirli çıxışında 2005-ci ildə Avropa Şurası PA  tərəfindən qəbul olunmuş 1416 saylı qətnamənin yerinə yetirilməsinin vacibliyindən də danışdı. Bildirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər oranın azərbaycanlı icmasını qəbul etmirlər, bu da münaqişənin həllinə mane olan amillərdən biridir.

 

Sonda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Cavanşir Feyziyev və Marina Kalyurand məsələnin gedişatını daha yaxından izləmək üçün ən qısa müddətdə növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

 

Bununla da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi  bürosunun videokonfrans formatında keçirilən növbədənkənar iclası başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdəki Baş Konsulluğumuz Qara Yanvar faciəsi barədə film hazırlayıb - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44 Çempion səfərdə uduzdu 20 Yanvar 2021, 00:33 Hamilə qadın bətnindəki uşağı koronavirusa yoluxdurub 20 Yanvar 2021, 00:17 20 Yanvar faciəsindən 31 il ötür 20 Yanvar 2021, 00:01 “İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden 19 Yanvar 2021, 23:47