Modern.az

“Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin

“Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin

Aktual

22 Oktyabr 2020, 22:53

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ona xarici təzyiqlərə boyun əyməyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla çalışmaq rahat və etibarlıdır.

 

Modern.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Rusiya lideri “Valday” müzakirə klubunun videokonfrans rejimində keçirilən iclasında bildirib.

 

“Bilirəm ki, Prezident Ərdoğan müstəqil xarici siyasət aparır. Heç bir təzyiqə baxmadan biz onunla kifayət qədər qısa müddətdə “Türk axını” layihəsini həyata keçirdik”, - deyə V.Putin qeyd edib.

 

“Biz Avropa ilə bu mövzunu (“Şimal axını-2” layihəsinin tikintisi) illərlə çeynəyirik və Avropa heç cür  onun üçün tamamilə sərfəli olan “Şimal axını-2” layihəsinin reallaşdırılması üçün elementar müstəqillik və suverenlik nümayiş etdirə bilmir. Ancaq biz Türkiyə ilə bunu kifayət qədər sürətlə etdik, heç bir hay-küyə baxmadan, öz milli maraqlarımızı bilə və anlayaraq Ərdoğan dedi ki, biz bunu edəcəyik və etdik”, - deyə V.Putin vurğulayıb.

 

Rusiya lideri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan digər əməkdaşlıq sahələrində də müstəqil fəaliyyət göstərir:

 

“Məsələn, hərbi-texniki əməkdaşlıq. Türkiyə qərar verdi ki, onlara müasir HHM sistemi lazımdır, bu gün üçün dünyada ən yaxşı sistem isə Rusiya istehsalı S-400 “Triumf” sistemləridir. Dedi və aldı. Bu cür tərəfdaşla çalışmaq yalnız xoş deyil, eyni zamanda etibarlıdır”.

 

"O ki qaldı Türkiyənin Krımı Rusiyanın hissəsi olaraq tanımamasına. Nə olsun, bizdə heç də hər şey üst-üstə düşmür, məsələn, Cənubi Qafqaz məsələsində. Fikir ayrılığı mövcuddur. Ancaq biz Avropa və ABŞ-ın da mövqelərini bilirik. Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər", - Rusiya lideri bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu