Arxiv
23 Oktyabr 2020, 20:28 | AKTUAL
“Xunta rəhbərinin Putinə məktubu etik normalardan kənardır” - Tural Gəncəliyev

"Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı qondarma kriminal xuntanın rəhbəri kimi özünü təqdim edən Araik Arutunyanın Rusiya Prezidentinə məktubu etik normalardan kənardır".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib.

 

Onun sözlərinə görə, Araik Arutunyanın məktubunda tarixi, siyasi və hüquqi faktlar təhrif olunub:

 

"A.Arutunyanın Qarabağ məliklikləri haqqında iddiaları əsassız və saxtadır. Ona xatırlatmaq istərdim ki, 1805-ci ildə Rusiya ilə Kürəkçay traktatını məhz Qarabağ xanı, azərbaycanlı İbrahimxəlil xan imzalayıb. Şuşadan olan məcburi köçkün kimi məni və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü Ermənistanın və qondarma rejimin bu ağ yalanları qəti şəkildə hiddətləndirir. Ermənistan və kriminal xunta 80-ci illərin sonlarında Xankəndidə azərbaycanlılara qarşı poqromlar törətdilər. 1992-ci ildə Xocalıda qadın və uşaqlar da daxil omaqla 613 nəfər dinc sakini bir gecənin içində amansızcasına qətlə yetirdilər və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf işğal olunmuş rayonlarında, o cümlədən Azərbaycan xalqının mədəni və mənəvi incisi olan Şuşa şəhərində bizə qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayət əməlləri törədilib. Azərbaycan xalqının Qarabağda olan zəngin maddi-mədəni irsi dağıdılıb və talan edilib. Hətta Şuşadakı tarixi rus provoslav kilsəsi erməni vandalizmi və talanından kənarda qalmayıb və daha sonra dəyişdirilərək erməni kilsəsinə çevrilib".

 

T.Gəncəliyev deyib ki, Moskva göz yaşlarına inanmır:

 

"Quzu dərisinə girmiş canavar kimi A.Arutunyan və onun kimi quldurların 80-ci illərin sonunda törətdikləri terrorun ilk qurbanları sovet-rus əsgərləri və milis işçiləri olub. 1991-ci ildə Azərbaycanlı jurnalist xanım Salatın Əsgərova ilə birgə öldürülən rus zabit və əsgərləri bunun bariz nümunəsidir. Bəlkə sizlərə terror vasitəsilə dəfələrlə öldürməyə çalışdığınız və 1993-cü ildə Şimali Osetiyada qətlə yetirdiyiniz, Əfqanıstan müharibəsini keçmiş Viktor Polyaniçkonu xatırladaq?! 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən vurulmuş vertolyotda Rusiya və Qazaxıstandan olan İqor Plaviski, Saylau Serikov, Sergey İvanov, Nikolay Jinkin, Mixail Lukaşov, Oleq Koçerev, Vladimir Kovalyov kimi yüksək rütbəli zabitlər də qətlə yetirilmişdir. Yoxsa qətlə yetirdiyiniz əksəriyyəti etnik rus olan çoxsaylı SSRİ daxili qoşunlarının zabit və əsgərlərini xatırladaq?!"

 

"Azərbaycanlılarla bərabər Qarabağda bu gün bir nəfər rus, slavyan mənşəli adam qalmayıb, etnik təmizləməyə məruz qalıblar. Bu gün Qarabağda yaşayan erməni əhalisi Ermənistanın və A.Arutunyan kimi kriminal quldurların zülmü altında yaşayır. Xankəndidən seçilmiş millət vəkili kimi Qarabağdan olan ermənilərin mənə ünvanladıqları iztirablı müraciətləri bunu açıq şəkildə göstərir. Bu müraciətlə A.Arutunyan qatı Sorosçu Nikol Paşinyan kimi hər vəchlə Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Ermənistan ərazisindən Azərbaycanın cəbhə zonasından çox uzaqda yerləşən Gəncə, Xızı, Siyəzən, Mingəçevir şəhərlərinin ballistik raketlərlə vurulması da bu məqsədə xidmət edir. Lakin Rusiya Sorosun marioneti olan Paşinyanın bu kimi hiylələrinə uymadı. Bizim Dağlıq Qarabağda yaşayan erməni əhalisi ilə heç bir problemimiz yoxdur. Biz 27 sentyabrdan əvvəl də dəfələrlə Dağlıq Qarabağın erməni icmasına sülh və birgə yaşayış üçün dialoq təklif etmişdik. Lakin Ermənistan və qondarma qurum bunu qəbul etmədi, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etmişdir. Dialoq təklifimiz bu gün - Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi zamanda da qüvvədədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağın erməni mənşəli icması Azərbaycanın tərkibində azərbaycanlı icması ilə birgə yaşayacaq və ölkənin iqtisadi imkanlarından bəhrələnəcəklər. Ermənistan və A.Arutunyan kimi quldurlar sülh istəyirlərsə onda işğalçı qoşunlar BMT Təhlükəsizlik Şurasının 822, 854, 874, 884 saylı qətnamələrinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bir daha Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icması ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh və birgə yaşayışa hazır olduğumuzu bəyan edirəm", - deyə T.Gəncəliyev bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?