Modern.az

“İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop

“İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop

24 Oktyabr 2020, 00:59

“Cenevrə sazişində dinc sakinlərə edilən hücumların insanlığa qarşı cinayət olduğu vurğulanır. Bu da Türkiyənin Azərbaycanı dəstəkləməsinin başqa səbəbidir. Ermənistan bu mənada təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhdidə dönüb. Bu ölkə dinc sakinləri açıq şəkildə hədəfə alır. Bu isə bütün müharibə hüquqlarında qadağan edilib. Ermənistan bunu niyə edir? Bu cür hücumların Azərbaycan tərəfindən də Ermənistana edilməsini istəyir. Bu vəziyyətdə nə olacaq? Ermənistanın Rusiya ilə sazişi var və bununla İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop NTV-yə müsahibəsində deyib.

 

“Eyni zamanda Naxçıvana da hücum edilib. Azərbaycanın da Naxçıvanla bağlı Türkiyə ilə sazişi var və bununla Yerevan Ankaranı da bu işə qarışdırmaq istəyir. Bu səbəbdən Ermənistan bütün bölgə üçün təhdiddir”, - deyən Mustafa Şentop qeyd edib ki, dünyanın gözü qarşısında Ermənistan Azərbaycanın günahsız, məsum insanlarına hücum edir, evləri dağıdır, ailələri məhv edir:

 

“Buna nəinki etirazlar var, hətta ATƏT-in Minsk qrupundakı həmsədr ölkələr Ermənistana silah yardımı edir. Yardım deyirəm, çünki Ermənistanın iqtisadi cəhətdən silah almağa gücü yoxdur. Azərbaycan yavaş-yavaş bunları dünya ictimaiyyətinin gözləri qarşısına sərəcək. Bəzi silahların mənşələri, emal tarixləri ilə bağlı Azərbaycanın əllində sübutlar var”.

 

Parlament sədri fərqli ölkələrin pasportları ilə Dağlıq Qarabağa gəlib, Azərbaycana qarşı döyüşənlərin olduğunu, bununla bağlı sübutların ən qısa zamanda Azərbaycan tərəfindən dünyaya göstəriləcəyini deyib. O bildirib ki, Azərbaycan haqlı olduğu üçün uğur qazanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir