Modern.az

Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi

Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi

24 Oktyabr 2020, 09:25

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb.

 

1977-ci il təvəllüdlü Əsgərov Hafiz İsgəndər oğlu yaşadığı mənzildə həyat yoldaşını ailə münaqişəsi zəminində əvvəlcə döyüb. Daha sonra onu qətlə yetirib.

 

Hadisə yerinə hüquq mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı məlum olub ki, H.Əsgərov özünə də qəsd etmək istəyib. Lakin vaxtında edilən müdaxilə nəticəsində onun həyatını xilas etmək mümkün olub. 

 

H.Əsgərov polis nəzarəti altında xəstəxanaya yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır