Modern.az

ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək

ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək

24 Oktyabr 2020, 10:30

ABŞ Dövlət Departamenti Livanın “Hizbullah” şiə partiyasının kim tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumata görə 10 milyon dollar məbləğində mükafat verməyə hazır olduğunu bildirib.



Modern.az xəbər verir ki, Dövlət Departamentinin saytında deyilir ki, sözügedən məbləğ “Ədalət naminə mükafatlandırma” xüsusi proqramı çərçivəsində ödəniləcək və pulu alanların anonimliyi qorunacaq.

 

Dövlət Departamenti “Hizbullah”ın əsas maliyyəçiləri və vasitəçiləri kimi üç nəfərin adını çəkib: Məhəmməd Qasir, Məhəmməd Qasım əl-Bazzal və Əli Qasir. ABŞ-ın Maliyyə Nazirliyi onları ən təhlükəli beynəlxalq terrorçu elan edib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər