Modern.az

Levandovski yeni rekorda imza atdı

Levandovski yeni rekorda imza atdı

Aktual

24 Oktyabr 2020, 22:46

“Bavariya”nın futbolçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekorda imza atıb.


 
Modern.az xəbər verir ki, polşalı hücumçu ilk 5 turda 10 qol vurmaqla çempionatın tarixinə düşüb.


 
İndiyədək heç bir futbolçu startda belə məhsuldar olmayıb. Robert buna V turun “Ayntraxt”la görüşündə (5:0) het-trik müəllifi olaraq imza atıb.
 
Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, bu göstəricidə turnirin 4-cü oyunçusudur. Yalnız üç nəfər daha çox het-trik edib.


 
Əfsanəvi Herd Müller əlçatmazdır – 32 dəfə. Klaus Fişer və Mario Qomesin aktivində 12 het-trik var ki, Robertin onlara çatması üçün çox gözləmək lazım gəlməyəcək (apasport.az).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir