Arxiv
25 Oktyabr 2020, 10:46 | AKTUAL
“Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var”

Azərbaycanın son illər ərzində Ermənistan dövlətinin işğal etdiyi torpaqların döyüş xəttində əldə etdiyi uğurlar daha əvvəlki illərdə əldə edilən diplomatik uğurların davamıdır. Bu uğurlar isə Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi, geopatik biliklərinə əsaslanan taktiki addımları sayəsində əldə edilib. Bu gün hərb sahəsindəki zəfərlərimizdə xalqın cənab İlham Əliyevə olan inamı, güvəni və dəstəyi hiss olunur. Dövlət başçısı dəfələrlə çıxışlarında bildirib ki, işğal altında olan torpaqların azad edilməsi Azərbaycan xalqının iradəsinin bariz nümunəsidir.Ölkə ictimaiyyəti və bütün vətəndaşlar son 17 ildə olduğu kimi, bu gün də, bundan sonra da cənab Prezidentə dəstəyini ifadə edəcək.

 

Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.

 

Buna görə də Azərbaycan Ermənistan hökumətinə sübut etməli idi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Azərbaycan onların cəzasını yerində verir, əraziləri azad edir, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edilir.

 

Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır. Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar.

 

Azərbaycan Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verir. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, Azərbaycan üçün çox yaxşı reallıqdır. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir.

 

Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizləmə həyata keçiriblər. Azərbaycan bunu heç vaxt etməyib. Hətta bu toqquşmalar zamanı eyni yolla cavab verməyib.

 

Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq. Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanı Azərbaycan buna razılıq vermədi və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz.

 

Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına gətirir.Ermənistanın Baş naziri bunu etiraf edib. O bildirib ki, onlar erməni kökənlidirlər. Birincisi, heç kim bilmir onlar erməni kökənlidir, ya yox. Məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var.

 

Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir. Ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub. Bununla bağlı məhdudiyyət yoxdur. İnternet azaddır.

 

Möhtərəm Prezident cənab İlham Əliyevin böyük idarəçilik təcrübəsi var. Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz məhz dövlət başçısının siyasi xadim kimi müdrik fəaliyyətidir. Ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi xalqın cənab Prezidentə olan inamının nəticəsidir. Cənab  İlham Əliyev hakimiyyətə gəlmədən əvvəl uzun illər 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü olub. Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı olub. Aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini kimi fəaliyyət göstərib. Baş Nazir olub.

 

Həmçinin, Birinci vitse-prezident hörmətli  Mehriban xanım Əliyevanın da parlaq siyasi karyerası var. Birinci vitse-prezident 2005-ci ildən bəri parlamentin üzvü olub. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal iştirak edib. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidentidir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. O, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır.

Bu gün xalqımız bir daha əmin oldu ki, möhtərəm Prezident cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında!Azərbaycan torpaqları geri qaytarılır, ərazi bütövlüyümüz bərpa edilir və bu gün biz bunu döyüş meydanında edirik! Qarabağ Azərbaycandır!

 

Naftalan ziyalısı Elman Alıyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq 28 Noyabr 2020, 18:10 Sabiq məmur ailəsi ilə birgə Füzulidə minaya düşdü 28 Noyabr 2020, 17:58 "Qızıl Xaç"dan TƏBİB-ə tibbi yardım ianəsi 28 Noyabr 2020, 17:51 Azərbaycanda koronavirusa 1 gündə 4200-dən çox insan YOLUXDU 28 Noyabr 2020, 17:23 Prezidentin köməkçisi Ağdam stadionunda futbol oynadı - VİDEO 28 Noyabr 2020, 17:16 Avropa Müsəlman Forumunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib 28 Noyabr 2020, 17:13 Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı 28 Noyabr 2020, 17:05 Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir   28 Noyabr 2020, 17:00 “AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib 28 Noyabr 2020, 16:52 Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - RƏSMİ 28 Noyabr 2020, 16:46 "Qarabağ"ın futbolçuları Ağdam məscidində namaz qıldı 28 Noyabr 2020, 16:30 Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq 28 Noyabr 2020, 16:21 Hikmət Hacıyev, xarici diplomatlar və "Qarabağ" klubu Ağdamda... - FOTOLAR 28 Noyabr 2020, 15:50 Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək 28 Noyabr 2020, 15:25 İranda 391 nəfər koronavirusdan ölüb 28 Noyabr 2020, 15:15 İqtisadi Şurada azad olunmuş ərazilərlə bağlı MÜZAKİRƏLƏR 28 Noyabr 2020, 15:03 Dünyanın dəhşətli koronavirus STATİSTİKASI 28 Noyabr 2020, 14:51 Füzulidə koronaviruslu xəstə qanunu pozdu 28 Noyabr 2020, 14:46 Fransanın Türkiyə və Azərbaycana qərəzi nə ilə bağlıdır? – Politoloq ŞƏRHİ 28 Noyabr 2020, 14:42 Məğrur duruşlu Azərbaycan ANASI... 28 Noyabr 2020, 14:40 Ermənistanlı əsgər anaları övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR 28 Noyabr 2020, 14:35 “Vətəndaş Ruslan Quliyev polis təzyiqinə məruz qalmayıb” - TƏKZİB 28 Noyabr 2020, 14:29 Abşeronda və Bakıda koronaviruslu xəstələrə cinayət işi açıldı 28 Noyabr 2020, 14:22 Qənirə Paşayeva şəhid Xəyal Şəkərovdan YAZDI 28 Noyabr 2020, 14:01 Yerevanda əsgər anaları növbəti aksiya keçirir 28 Noyabr 2020, 13:53 Xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış oldular - YENİLƏNİB 28 Noyabr 2020, 13:41 Gəncədə koronavirusla mübarizə tədbirləri davam edir 28 Noyabr 2020, 13:40 Deputatdan TƏKLİF: “Erməniləri susdurmaq üçün bu yoldan istifadə etməliyik” 28 Noyabr 2020, 13:31 Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır 28 Noyabr 2020, 13:18 DİN Sumqayıtın polis rəisi ilə bağlı yayılan məlumatı təkzib etdi 28 Noyabr 2020, 13:06 44 gündə 16 min mərminin atıldığı ŞƏHƏR 28 Noyabr 2020, 12:55 Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib 28 Noyabr 2020, 12:44 Sabahın hava proqnozu açıqlanıb 28 Noyabr 2020, 12:33 Aqil Abbas Ağdamı ziyarət etdi 28 Noyabr 2020, 12:26 OPEK+ neft hasilatı ilə bağlı yeni qərar verdi 28 Noyabr 2020, 12:23
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?