Avstriyada sosial məsafəfənin qorunması ilə bağlı üç qatlı tualet kağızından hazırlanmış qeyri-adi poçt markası buraxılıb.
Modern.az xəbər verir ki, üzərində fil balasının təsvir olunduğu markanın satışından əldə ediləcək vəsait xeyriyyə məqsədlərinə sərf ediləcək.
Bir müddət əvvəl ölkədə vətəndaşları bir fil balası uzunluğunda, yəni 1 m-lik sosial məsafəni qorumağa çağıran reklam çarxı çəkilmişdi. Bu reklam çarxından sonra fil balası koronavirus əleyhinə simvola çevrilib. Dizaynerlər marka üzərində faunanın digər üzvlərini – 1 sm-lik milçək, 10 sm-lik siçanı da yerləşdiriblər. Markanın materialı isə arxasında özüyapışan plonykası olan əsl tualet kağızındandır.