Arxiv
26 Oktyabr 2020, 10:04 | MƏDƏNİYYƏT
İşğal bölgəsindəki məscidlər azan verəcək…  

“İşğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrimizin sayı ilə bağlı statistik məlumat  “İşğal altında qalan abidələrimiz” adlı kitabda əks olunub. Kitab müxtəlif dillərdə çap olunub və bir sıra ölkələrdə yayılıb”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov işğal bölgəsindəki dini abidələrimizdən danışarkən bildirib.

 

Onun sözlərinə görə, statistik hesablamalarda məscidlərin sayının 67 olaraq göstərildiyi qeyd edilir:


“Əslində isə bizim işğal altında qalan və yenicə azad olunmuş ərazilərimizdəki  məscidlərimizin sayı 67-dən çoxdur. Çünki Sovet dövründə məscidlərin əksəriyyətinin təyinatı dəyişdirilərək, anbara və ya kluba çevrilmişdi. Sovet dövründən sonra məscidlərin təyinatı yenidən dəyişdirilərək, ibadət evinə çevrilməyə başladı. Lakin Qarabağın işğalı ilə bu hadisələr üst-üstə düşdüyünə görə təyinatı tam dəyişdirə bilmədik”.

 

G.İsmayılovun sözlərinə görə, Ermənistan işğal altında qalan tarixi-dini abidələrimizlə bağlı fəaliyyəti 3 istiqamətdə həyata keçirib.

 

“Birinci istiqamət Türk-İslam abidələrinin hamısının dağıdılmasına yönəldilib. İkinci fəaliyyət istiqaməti Azərbaycanın tarixi irsi olan Alban məbədlərinin Qriqorian kilsəsinə çevrilməsidir. Laçın rayonu ərazisindəki “Ağoğlan”, Kəlbəcərdəki “Gəncəsar” məbədi Qriqorian kilsəsinə çevirilmişdi. Onları Qriqorian kilsəsinə çevirməkdə məqsəd Azərbaycan tarixi irsini öz mədəniyyətlərinin bir hissəsi kimi göstərməkdir. Qriqorian kilsəsinə çevirə bilmədiklərinin hamısını dağıdıblar.
Üçüncü istiqamət isə 2 məscidimizi dağıtmadan saxlayıb, tarixi-dini abidələrimizə hörmətlə yanaşdıqlarını əyani göstərmək üçün istifadə ediblər. Bu məscidlərdən biri İrəvan şəhərindəki “Göy məscid”, digəri isə Şuşadaki “Yuxarı Gövhər ağa” məscididir. Lakin bu iki məscidi İran-Fars mədəniyyətinin nümunəsi kimi təqdim ediblər”.


G.İsmayılov qeyd edib ki, ermənilərin bu iki məscidi təmir etməkdə məqsədi oradaki Azərbaycan izlərini itirməkdir.

 

“Cənab Prezidentin dediyi kimi, onlar məscidlərimizi dağıtsalar da, biz onları ürəklərimizdə,yaddaşlarımızda inşa etmişik. Ordumuz torpaqlarımızı azad etdikdən sonra məscidlərimizi, məbədlərimizi yenidən bərpa edəcəyik.

 

Azərbaycan ordusunun qələbəsi gün kimi aydındır”.

 

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02 Tramp Baydenə məktub yazdı 20 Yanvar 2021, 20:57 DİN-in "Telegram" kanalı yaradıldı 20 Yanvar 2021, 20:49