Modern.az

Türkiyə Qarabağ münaqişəsində həmsədr ola bilər? - ŞƏRH

Türkiyə Qarabağ münaqişəsində həmsədr ola bilər? - ŞƏRH

27 Oktyabr 2020, 15:24

“Müharibənin gedişində Ermənistan təslim olsa, sülhə razılaşıb, Azərbaycan torpaqlarını boşaltmağa təminat versə, danışıqlar prosesi davam etdirilə bilər. Lakin bu proses Minsk qrupunun formatı çərçivəsindən kənar olacaq”.

Bu sözləri Modern.az-a müharibədən sonrakı danışıqlar prosesində Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yeri və rolu haqqında danışarkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib. O söyləyib ki, Türkiyənin həmsədr kimi Minsk qrupuna daxil olmasına Fransa və Ermənistanın imkan verəcəyinə inanmır:

“Prezident İlham Əliyevin son çıxışı həm də onu göstərir ki, Minsk qrupunun həmsədrləri artıq onlara göstərən etimadı itiriblər. Burada həmçinin BMT Təhlükəsizlik Şurasının cəhdlərinin iflasa uğramasından da söhbət gedir. Ola bilsin, Rusiya Türkiyə ilə müəyyən formatda ikitərəfli şəkildə müzakirələr aparsınlar. Yenə də deyirəm ki, münaqişənin həll edilməsi məsələsinə nəzər saldıqda, Ermənistan köhnə bəyanatlar verir, onların mövqeyində hər hansı dəyişikliklər müşahidə etmirik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir