Modern.az

Pəhriz içkiləri ürəyə ziyandır

Pəhriz içkiləri ürəyə ziyandır

27 Oktyabr 2020, 18:40

Pəhriz içkiləri də şəkərli içkilər kimi insan ürəyinə ziyandır.

 

Modern.az xəbər verir ki, Fransanın Paris 13 Nord Universitetinin “American College of Cardiology”də dərc olunnmuş tədqiqatında 104 min nəfər haqqında 10 il ərzində toplanmış məlumatlar təhlil olunur.

 

Hər iştirakçının 6 ay ərzində hansı içkilər içdiyinə, ürək-damar xəstəliklərinə nə qədər tutulduğuna dair apardığı qeydlər əsasən tədqiqatçıların gəldiyi qənaətə görə, həm şəkərli, həm də şəkər əvəzləyicisi maddələrin qatıldığı içkiləri mütəmadi içənlər su, çay, qəhvə içənlərə nisbətən insult, infarkt və s. risqilə 20 faiz artıq üzləşirlər.

 

Beləliklə, şəkər əvəzləyici maddələrin qatıldığı içkilər az kalorili kimi reklam olunursa da, ürəyə təhlükə törədir. Həmin içkilərin şəkərin həzmini sürətləndirməklə metabolizmə təsir etdiyi, ona görə də daha sağlam və ya faydalı hesab edilmələri üçün əsas olmadığı vurğulanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi