Modern.az

Tacikistandakı erməni səfir Avesta Agentliyini şikayət etdi

Tacikistandakı erməni səfir Avesta Agentliyini şikayət etdi

Aktual

28 Oktyabr 2020, 14:58

Tacikistanda fəaliyyət göstərən Avesta İnformasiya Agentliyi  bu ölkədəki erməni səfirliyinin qəzəbinə tuş gəlib.  Səbəb isə ermən terrorunun  agentliyin saytının səhifələrində davamlı olaraq işıqlandırılmasıdır. 

Ermənistanın bu ölkədəki səfiri redaksiyaya məktub ünvanlayaraq  bildirib ki, “sizin agentliyin yaydığı məlumatlar və publisistik yazılar bir tərəfin mövqeyini əks etdirir. Dağlıq Qarabağ münaqişəsi düzgün işıqlandırılmır”.

Erməni səfir eyni zmanda agentliyə yazdığı məktubda qeyd edib ki,  26.10.2020-ci ildə dərc olunan “Erməni terrorizmi: İdeologiyanın qanlı izləri” məqaləsinin araşdırılması üçün Tacikistan XİN-ə məktub ünvanlayıb.
“Belə ki, məqalədə yazılanlar  erməni xalqını təhqir edir və onların buradakı nüfuzuna xələl gətirir. Səfirlik  həmin yazının saytdan çıxarlmasını tələb edib”,-məktubda bildirilib. 

Modern.az-ın məlumatına görə, Tacikistanın Avesta Agentliyi - Avesta.tj  Azərbaycanın  apardığı haqlı Vətən müharibəsini və  erməni qəsbkarlarının törətdikləri  son terror hadisələrini öz saytında daima işıqlandırır.


//avesta.tj/2020/10/20/v-posolstve-azerbajdzhana-v-dushanbe-pochtili-pamyat-pogibshih-mirnyh-zhitelej-gyandzhi/

//avesta.tj/2020/10/26/armyanskij-terrorizm-krovavye-sledy-ideologii/

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir