Modern.az

Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm

Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm

28 Oktyabr 2020, 16:20

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 988  yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

                                                                          

Azərbaycanda indiyədək ümumilikdə 52137 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 42033 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 9405 nəfərdir.

Ölkədə son sutka ərzində 11426, hazırkı dövrədək isə 1319474 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir