Modern.az

“Gürcü Arzusu” qələbəsini qeyd edir

“Gürcü Arzusu” qələbəsini qeyd edir

31 Oktyabr 2020, 20:55

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib.

 

Modern.az xəbər verir ki, partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

 

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib (report).

 

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri ilə bağlı ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb.

Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55%, Vahid Milli Hərəkat Partiyası isə 23% səs əldə edib. Üçüncü yerdə isə 3% səslə Avropalı Gürcüstan Partiyasıdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür