Arxiv
31 Oktyabr 2020, 21:28 | AKTUAL
Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir”

Türkiyə Diyanət İşləri Başqanlığı “Şarli Hebdo” jurnalına etiraz bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

"Hər zaman dilə gətirdiyimiz kimi, yenə də bir daha ifadə edirik ki, İslam sülh dinidir, Onun elçisi Həzrəti Məhəmməd (səllallahu əleyhi vəsəlləm) də bir rəhmət peyğəmbəridir. Müsəlmanlar, insan haqlarını, azadlıqlarını və umumbəşəri insani dəyərləri mənimsəyən, hər cür şiddət və pisliyi rədd edən bir inanca sahibdir. Ancaq son zamanlarda Fransa başda olmaqla Avropada İslama və müsəlmanlara yönəldilmiş təhqir və hücumların çox ciddi şəkildə artdığını görürük. "Şarli Hebdo" adlı jurnal da mənfur nəşrləri ilə bu vəziyyətə rəhbərlik etməkdədir. Bu jurnal son nəşrində yenə Peyğəmbər Əfəndimizi və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan çox çirkin bir karikatura dərc etmişdir.

 

Açıq şəkildə bildiririk ki, bu nəşrlər və jurnallar; dünyadaki iki milyarda yaxın Müsəlmanlara yönəldilmiş təsviri mümkün olmayan bir hörmətsizlikdir. İnsani dəyərləri heçə sayan qorxunc bir əxlaqsızlıqdır. Hüququ ayaqlar altına alan böyük bir düşmanlıqdır. İnsan ləyaqətinə və inanc azadlığına qəsd edən mənfur bir siyasətdir. Beynəlxalq müqavilələri kobud şəkildə pozan bir barbarlıqdır, mədəniyyətsizlikdir. Sosial və qlobal sülhü zədələyən məsuliyyətsiz və ehtiyatsız bir davranışdır. Şəxs və kütlələri hərəkətə keçirən şüurlu və amansız bir təxribatdır. Yalan, şər, böhtan, təhqir, alçaltma, hədəf göstərmə, təxribat yaratmaq kimi münasibət və davranışlar əsla azadlıq anlayışı ilə izah edilə bilməz.

Beləliklə, insanlığın üz qarası mənfur nəşri şiddətlə lənətləyirik. Fransanın məhkəmələrindən dərhal qanunun tələblərini icra etmələrini gözləyirik.

 

Əlaqəli ölkələrin rəhbərlərini; Müsəlmanların dəyərlərini və müqəddəs olanlarını qorumaq, hər cür təhlükəsizliyi təmin etmək, eləcə də vətəndaşlıq hüquqları tələblərinin təmin edilməsi üçün məsuliyyətlərini icra etməyə dəvət edirik.

 

Avropa insan hüquqları və azadlıqlarına inanan, inanca hörmət edən və sosial barışı düşünən, bütün ziyalıları, akademikləri, müəllimləri, fəalları, qeyri-hökumət təşkilatları, media nümayəndələri və sağlam düşüncəli insanları bu açıq çirkinliklərə və hüquq pozuntularına qarşı reaksiya verməyə və təşəbbüs göstərməyə çağırırıq. İnsana və inanclara dəyər verən bütün din və inanc mənsublarının reaksiya göstərməsini gözləyirik. Əks təqdirdə yuxarıda qeyd olunan qruplar və qurumlar Müsəlmanların nəzərində etibarlığını itirəcək və dərin bir məyusluğa səbəb olacaqdır.

 

Bütün dünya ictimaiyyətinə açıq şəkildə bildiririk ki, müəyyən bir plan əsasında qurulmuş bu təxribatlara qarşı müsəlmanlar heç bir zaman qanunsuz yollara əl atmayacaq, sağlam düşüncə və ağılla hərəkət edərək hüquqlarını, inanclarını və ümumbəşəri dəyərlərini qorumağa davam edəcəklər. İnanırıq ki, ədalət, vicdan və hüquq qalib gələcək, yaxşılıq və sülh qazanacaqdır", - deyə etiraz bəyanatında bildirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lavrod Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DABIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərdən olan üç qardaş 20 gün ərzində dünyasını dəyişib 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58 Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ 3 Dekabr 2020, 14:53 Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq 3 Dekabr 2020, 14:50 Ağdama bayrağımızı sancan igidlərimiz - VİDEO 3 Dekabr 2020, 14:45 Hazırda xəstəxanalarda 1245 hərbçi müalicə alır - Nazirlik 3 Dekabr 2020, 14:39 Müdafiə Nazirliyi: 100-dən artıq hərbçimiz müharibədə itkin düşüb 3 Dekabr 2020, 14:34 Vətən Müharibəsində şəhid olan hərbçilərimizin rəsmi sayı AÇIQLANDI 3 Dekabr 2020, 14:31 Bakı-Kiyev marşrutu üzrə çarter reysləri olacaq 3 Dekabr 2020, 14:25 Belcika Parlamenti ermənipərəst sənədi müzakirəyə çıxarır - Azərbaycan ETİRAZ ETDİ 3 Dekabr 2020, 14:20 ATƏT-in yeni Baş katibi məlum oldu 3 Dekabr 2020, 14:10 Prezident Zəfər Günü ilə bağlı yeni sərəncam İMZALADI 3 Dekabr 2020, 14:05 UNEC brendi Gürcüstanda tanındı 3 Dekabr 2020, 13:48 Gəncədə polis reyd keçirdi - karantini pozanlar cərimələndi 3 Dekabr 2020, 13:42 ATƏT-in Nazirlər Şurasının iclası keçirilir 3 Dekabr 2020, 13:36 Zəfər Gününün tarixi dəyişdi - RƏSMİ 3 Dekabr 2020, 13:30 Dollar dünyanın əsas valyutalarına qarşı UCUZLAŞIR 3 Dekabr 2020, 13:24 Paşinyan daha bir məmuru işdən çıxardı 3 Dekabr 2020, 13:18 Polis Suqovuşan və Talışda fəaliyyətini bərpa etdi - FOTOLAR 3 Dekabr 2020, 13:12 Türk əsgəri şəhid oldu 3 Dekabr 2020, 13:06
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?