Modern.az

Şuşaya qayıdırıq! - İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi - VİDEO

Şuşaya qayıdırıq! - İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi - VİDEO

8 Noyabr 2020, 19:49

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar

Dövlət başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

Müraciəti zamanı İlham Əliyev xalqa Şuşanın işğaldan azad olunması xəbərini verib.

Modern.az xəbər verir ki, Prezident Şuşanın azad olunması ilə ulu öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirildiyini də qeyd edib:


“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir