Modern.az

Milli Məclis Şuşa və Xankəndində iclas keçirəcək?.. - AÇIQLAMA

Milli Məclis Şuşa və Xankəndində iclas keçirəcək?.. - AÇIQLAMA

Parlament

12 Noyabr 2020, 11:48

30 ilə yaxın idi ki, Qarabağa qovuşacağımız günü gözləyirdik.

Ən əlamətdar günlərimizi, bayramlarımızı Şuşada, Ağdamda,  Zəngilanda, Xankəndidə və işğal olunmuş digər ərazilərimizdə keçirməyi arzu edirdik.

Artıq o gün arzu olaraq uzaqda yox, o gün elə bu gündür.

Maraqlıdır Milli Məclisin deputatları parlamentin iclaslarının Şuşada ya da Xankəndində keçirilməsi təklifilə çıxış edə bilərlərmi?


Modern.az
mövzuya münasibət öyrənməyə çalışıb.


Deputat Vahid Əhmədov
bu məsələyə müsbət yanaşdığını deyib:


“Milli Məclisin iclaslarından birinin Şuşada, Xankəndində keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, həmin yerlərdə bəzi işlər yekunlaşandan sonra bunu gerçəkləşdirmək mümkün olacaq. Həmçinin, elə məsələlər olmalıdır ki, Qarabağa aidiyyatı olsun. Bu, daha doğru olardı. Ona görə də parlamentin iclaslarının Qarabağda keçirilməsinə müsbət yanaşıram”.


Deputat Tural Gəncəliyev
bəzi təkliflər də irəli sürüb:

“Çox istərdim ki, parlamentin yaz və payız sessiyaları ya Şuşada, ya da Xankəndində  keçirilsin. Hər iki şəhərdə keçirilməsi məqbul olardı. Nəinki parlamentin plenar iclasını, hətta komitə iclaslarını, beynəlxalq təbdirləri də o şəhərlərdə keçirmək olar. Eyni zamanda, xarici ölkələrin deputatlarını Azərbaycana dəvət edib Şuşaya, Xankəndinə aparmaqla orada görüşlər, tədbirlər gerçəkləşdirilə bilər. Xankəndinin depuatı kimi bunu dəstəkləyirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı