Modern.az

Təslim olmayan BİZ-dən təslim edən BİZ-ə gedən iqtisadi yol

Təslim olmayan BİZ-dən təslim edən BİZ-ə gedən iqtisadi yol

Parlament

13 Noyabr 2020, 11:33

Əziz dostlar!

 

Biz oz müstəqilliyimizi elan edər-etməz fəlakətlərlə üzləşdik, ərazilərimiz işğal olundu, xalqımıza qarşı soyqırım törədildi, evlərimiz yandırıldı, məscidlərimiz dağıdıldı, təhqir edildi. Bu xalqın bir gözündən yaş heç zaman əskik olmadı. Etiraf edək ki, müstəqilliyin qürurunu tam mənada yaşamağa bizə imkan vermədilər.

 

“Şuşanın erməni işğalında olması mənim qəlbimi sıxır, əzir, kədərləndirir... Bu mənim üçün çox əzabvericidir” – bu sözlər uluöndər Heydər Əliyevə aiddir.

 

Amma biz təslim olmadıq.

 

Möhtərəm prezidentimizin rəhbərliyi ilə bizi bu günkü möhtəşəm qələbəyə aparan bütün yolları bir hədəfdə birləşdirməyi bacardıq. Əsl müstəqilliyimizi təmin edən, bizə dost və müttəfiqlər qazandıran, bizi güclü edən iqtisadiyyat qurduq. Hansı ki, bu illər ərzində dəfələrlə böyüdü, düşmən iqtisadiyyatını 3 dəfə, hərbi büdcəsini isə 6 dəfə üstələyən, heç kimdən asılı olmayan, ehtiyatı borcundan 6 dəfə böyük, Şərqi və Qərbi, Şimalı və Cənubu birləşdirən, vətəndaşın sosial rifahına xidmət edən iqtisadiyyata sahib olduq!

 

“Bizim bayrağımız Şuşada dalğalanacaq, o günü biz hər gün öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” – Bu sözlər isə Ali Baş Komandan İlham Əliyevə aiddir. Bu gün o gündür! Deyilmişdi – edildi! Ali rəhbərimiz məğlub, amma təslim olmayan BİZ-dən qalib və təslim edən BİZ yaratdı.

 

Müharibədə biabırçı şəkildə məğlub olan düşmən ölkənin iqtisadiyyatı da dağıldı, resursları məhv oldu və sonda kaputilyasiya aktına imza atdılar. Bizim 30 ilimizi oğurlayan işğalçı Ermənistan ən azı 30 il geri düşdü. Azərbaycan iqtisadiyyatı isə bütün sınaqlara sinə gərdi, o da bu döyüşdə bu qalib oldu. Öz dayanıqlığı, çevikliyi və müasirliyi ilə.

 

Bu qələbə azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlağıdır. Bizim yumruğumuz bizim birliyimizdir! Azərbaycan xalqı uluöndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev ətrafında hər zaman bir oldular! Bu birlik hər zaman düşmənlərin başında bir yumruq oldu. İndidən sonra da olacaq.

 

Əziz dostlar! Biz artıq azadıq! Biz bütövük! Hər kəsən gözlərinə dik baxacaq qürüra və gücə sahibik!

 

Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin ən böyük qələbəsini qazandı. Bununla da O, 1918-ci ilin mart soyqırımının, 1920-ci ilin sovet işğalının, 1990-cı illərin amansız soyqırımlarının nisgillərinə son qoydu! Dövlətin zirvəsi qəhrəman oğullarımızla elə bir tarxi zəfər qazandı ki, bu insanlardakı 28 illik işğalın acısını unutdurdu. Qələbəmiz iqtisadiyyatımızı daha da gücləndirəcək. Azərbaycan Qafqazı cənnətə çevirəcək!

 

Qalib xalqın möhtəşəm liderinə, ali rəhbərimiz cənab İlham Əliyevə bu günləri bizə yaşatdığına görə sonsuz təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin! Ordumuza və onun Ali Baş Komandanına eşq olsun!

 

Tahir Mirkişili,

 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır