Modern.az

Ziyafət Əsgərov NATO PA-nın sessiyasında çıxış edib - FOTO

Ziyafət Əsgərov NATO PA-nın sessiyasında çıxış edib - FOTO

Aktual

19 Noyabr 2020, 14:43

Noyabrın 18-də NATO Parlament Assambleyasının 66-cı illik sessiyasının açılış mərasimi keçirilib. Video-konfrans formatında olan tədbirdə quruma üzv ölkələrin nümayəndələri iştirak ediblər. Milli Məclisi qurumdakı nümayəndə heyətimizin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təmsil edib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yığıncaqda NATO Parlament Assambleyasının prezidenti Atilla Mesterhazi giriş nitqi ilə çıxış edib. Bildirilib ki, 5 gün davam edəcək sessiyanın ilk günü koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

 

 

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Ziyafət Əsgərov COVİD-19 pandemiyasının dünyada yayılmasının qarşısının alınmasında Azərbaycanın verdiyi töhfələr barədə ətraflı məlumat verib. Bildirilib ki, dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

 

Ziyafət Əsgərov pandemiya dövründə bəzi inkişaf etmiş Avropa ölkələrinin özünə qapanma siyasəti yürütməsi, ərazisindən tranzit olaraq daşınan digər ölkələrə məxsus dərman preparatlarını, tibbi maskaları qeyri-qanuni yolla müsadirə etmələrindən bəhs edib. Bildirib ki, bunun əksinə olaraq, Azərbaycan  Prezidenti cənab İlham Əliyev müdrik  siyasət yürüdərək, yardima ehtiyacı olan Ümumdünya Səhiyyə Təşkilatina 10 mln. dollar maddi yardım ayırıb. Bununla yanaşı, Azərbaycan Hökuməti bu istiqamətdə beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.  Ümumilikdə, Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayıraraq 30-dan artıq dövlətə humanitar yardım göstərib. Bu, bütün dünya ölkələrinə pandemiya dövründə bir davranış nümunəsi olub.

 

Nümayəndə heyətimizin rəhbəri çıxışı zamanı xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin özündə 120 ölkəni birləşdirən, BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş video-konfrans formatında Zirvə Görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri də iştirak ediblər.

 

Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib.  Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkəsi arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. 130-a qədər BMT üzv dövləti tərəfindən Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

 

Ziyafət Əsgərov bildirib ki, BMT Baş Assambleyası cari ilin 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyasının keçirilməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib. Qeyd olunub ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.

 

Çıxışının sonunda Ziyafət Əsgərov dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat olduğunu söyləyib. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında, onun Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəyənə əminliyini bildirb.

 

NATO Parlament Assambleyasının prezidenti Atilla Mesterhazi ətraflı çıxışa görə Ziyafət Əsgərova təşəkkürünü bildirib.

 

Tədbirdə parlamentin komitə sədri Ziyafət Əsgərov Atilla Mesterhaziyə  NATO PA-nın BMT ilə COVİD-19-a qarşı mübarizə tədbirləri çərçivəsində  əməkdaşlığı, pandemiyanın aradan qaldırılması sahəsində perspektivlər barədə suallar ünvanlayıb.

 

NATO Parlament Assambleyasının prezidenti sualları cavablandıraraq rəhbərlik etdiyi qurumun BMT, o cümlədən onun humanitar məsələlərlə məşğul olan institutları ilə sıx əməkdaşlıq etdiyini bildirib. COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində də zəruri tədbirlərin görüldüyünü qeyd edib. Atilla Mesterhazi dünyanı gərgin vəziyyətdə saxlayan COVID-19-la mübarizə sahəsində tibbi tədqiqatların aparıldığını, bu virusa qarşı vaksinlərin və dərmanların hazırlanmasını söyləyərək, bütün ölkələrin birliyi, həmrəyliyi nəticəsində tez bir zamanda pandemiyanın aradan qalxacağına ümidvar olduğunu deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər