Arxiv
20 Noyabr 2020, 14:10 | HADİSƏ
Ermənilərin Ağdamdakı cinayətləri - Baş Prokurorluq məlumat yaydı

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər  görülməkdədir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr müddətində davam edən döyüşlərin son mərhələsində Azərbaycan Ordusunun rəşadəti nəticəsində Ermənistan silahlı qüvvələri geri çəkilərək yeni metodlardan istifadə edib növbəti cinayət əməllərini törədiblər:

 

“Araşdırmalarla müəyyən edilib ki, 8 oktyabr, 3, 4 və 8 noyabr 2020-ci il tarixlərində düşmənin silahlı qüvvələri işğal edilmiş ərazilərimizdə, habelə Ermənistan ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər «Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq geniş miqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad  kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub. Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

 

Bununla bağlı Baş Prokurorluqda ətraflı araşdırmalar aparılmaqla, 20.11.2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 214.2 (terrorçuluq) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq tədbirləri aparılmaqla müvafiq sənədləşmə işləri aparılır və sübutlar toplanılır.

 

Bildiririk ki, Baş Prokurorluq tərəfindən təqsirli şəxslərin müəyyən edilərək beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
200-dən çox əcnəbi tələbə BDU-ya müraciəıt etdi 17 Sentyabr 2021, 12:00 Ermənistan: “Kəşmir məsələsində Hindistanı dəstəkləyirik” 17 Sentyabr 2021, 11:52 FHN əməliyyat görüntüləri yaydı - VİDEO 17 Sentyabr 2021, 11:52 Bir qrup xanım alimin elmi araşdırmaları təqdim edilib 17 Sentyabr 2021, 11:46 Qarabağın dağlıq hissəsindən Güney Osetiya düzəltmək alınmayacaq - Deputat 17 Sentyabr 2021, 11:40 Eldar Həsənovun məhkəməsi keçirilir 17 Sentyabr 2021, 11:38 Bu tələbələr ödədikləri təhsil haqqını geri ala biləcəklər 17 Sentyabr 2021, 11:32 Jurnalistlər üçün yeni müsabiqə elan olundu 17 Sentyabr 2021, 11:26 Oktyabrdan tələbə kreditlərinin verilməsinə başlanacaq  - ŞƏRTLƏR 17 Sentyabr 2021, 11:21 Ermənistanın müşahidəçi, Azərbaycanın partnyor olduğu təşkilat iclas keçirir 17 Sentyabr 2021, 11:19 Bakıda "Nizami Gəncəvi ili"nə həsr olunmuş daha bir konfrans  - FOTOLAR 17 Sentyabr 2021, 11:15 Qarabağın dirçəlişində sənin də töhfən olsun 17 Sentyabr 2021, 11:10 Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat YAZDI 17 Sentyabr 2021, 11:08 Azərbaycanlı Baş katib Rusiyada seçkiləri müşahidə edəcək 17 Sentyabr 2021, 11:05 AccessBank tender elan etdi 17 Sentyabr 2021, 11:00 Xəzərdə dalğanın hündürlüyü 3 metrdən çox olub - Faktiki hava 17 Sentyabr 2021, 10:57 Ermənilər Mariya Zaxarovadan istədiklərini ala bilmədilər 17 Sentyabr 2021, 10:56 Müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlandı 17 Sentyabr 2021, 10:50 Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi - Səbəblərdən biri Azərbaycandır 17 Sentyabr 2021, 10:44 ADU-da “Neftçilər günü” ilə bağlı mühazirə təşkil edildi 17 Sentyabr 2021, 10:40 DYP-dən həftəsonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55 Naftalanda reydlər davam etdirilir - FOTOLAR 17 Sentyabr 2021, 09:50 Ərdoğandan yeni TƏYİNAT 17 Sentyabr 2021, 09:44 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb 17 Sentyabr 2021, 09:38
SORĞU Hansı vaksinə etibar edirsiniz?