Modern.az

Koronavirusa yoluxmuş deputat: “Ev şəraitində müalicə alıram”

Koronavirusa yoluxmuş deputat: “Ev şəraitində müalicə alıram”

23 Noyabr 2020, 15:50

Ötən günlərdə Milli Məclisin 10-dan çox deputatında COVID-19 virusunun aşkarlandığı barədə xəbər vermişdik. Bu səbəbdən də parlamentin son iclasında bəzi deputatlar iştirak etməyib.

Bəs hazırda koronavirusdan müalicə olunun adeputatların durumu necədir?


Virusla mübarizə aparan deputat Tahir Kərimli Modern.az-a açıqlamasında bildirib ki, hazırda müalicəsinə davam edir:


“Ümumi vəziyyətim normaldır. Həkim müayinəsi altında müalicələrim davam edir”.


Deputat xəstəxanaya getmədiyini deyib:

“Ev şəraitində müalicə alıram. Xəstəxanaya getməyə hələ ki ehtiyac yoxdur. İnşallah, hər şey yaxşı olar”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub