Modern.az

“Onlarla vəkil koronavirusa yoluxub” - Vəkillər Kollegiyasının sədri

“Onlarla vəkil koronavirusa yoluxub” - Vəkillər Kollegiyasının sədri

Aktual

25 Noyabr 2020, 10:48

Hazırda ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır. Onlarla vəkil də koronavirusa yoluxub. Bu barədə Modern.az-a Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

 

O təəssüflə qeyd edib ki, bu bəla vəkillərimizdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aparat əməkdaşlarından da yan keçməyib.


A.Bağırovun sözlərinə görə, virusa yoluxmuş vəkillər həkim nəzarəti altındadır:


“Həmkarlarımız həkim nəzarəti altında müalicə olunurlar, hər kəsə Allahdan şəfa diləyirəm! Hər birinizdən artıq dərəcədə xahiş edirəm, özünüzü və yaxınlarınızı qoruyun, bütün sanitar qaydalara ciddi əməl edin”.

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI