Modern.az

Direktor vəzifəsinə qəbul olanların statistikası AÇIQLANDI

Direktor vəzifəsinə qəbul olanların statistikası AÇIQLANDI

Təhsil

25 Noyabr 2020, 16:42

Təhsil Nazirliyi son 3 il üzrə direktor vəzifəsinə işə qəbul müsabiqəsinə elektron sənəd qəbulunun nəticələrini açıqlayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 2018-ci il üzrə 2059 namizəd, 2019-cu il üzrə 2274 namizəd, 2020-ci il üzrə 2479 namizəd iştirakını təsdiq edib. Elektron ərizələr yoxlanılması başa çatdıqdan sonra 2018-ci ildə 1568, 2019-cu ildə 2057, 2020-ci ildə 2256 namizədin elektron ərizəsi qəbul olunub.

 

Son 3 il ərzində keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 30-39 yaş aralığında olan namizədlər üstünlük təşkil edib. Belə ki, 2018-ci ildə 920 nəfər, 2019-cu ildə 1013 nəfər, 2020-ci ildə 1163 nəfər həmin yaş aralığında olan şəxslərdir.

 

Müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçmiş namizədlər arasında 2018-ci il üzrə 16 nəfər, 2019-cu il üzrə 17 nəfər, 2020-ci il üzrə 25 nəfər xaricdə təhsil almış şəxslərdir.

 

2018-ci il üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin 1125 nəfərini kişilər, 934 nəfərini qadınlar, 2019-cu il üzrə namizədlərin 1139 nəfərini kişilər, 1135 nəfərini qadınlar, 2020-ci il üzrə isə namizədlərin 1126 nəfərini kişilər, 1353 nəfərini qadınlar təşkil edib.

 

2020-ci il üzrə elan olunan müsabiqə zamanı vakansiya və müraciət edən namizəd sayına nisbətdə ən yüksək rəqabətli rayon Ağstafa rayonudur. Belə ki, Ağstafa rayonu üzrə 1 vakant direktor vəzifəsinə 19 namizəd müraciət edib. Ən aşağı rəqabətli rayonlar isə Xocavənd, Xızı, Şabran, Daşkəsən və Aödaş rayonlarıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?