Arxiv
26 Noyabr 2020, 13:10 | AKTUAL
“Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov

“Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub. 


Bu qətnamə BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması ilə yanaşı, Fransanın Minsk Qrupunun həmsədr ölkəsi və BMT TŞ-nın daimi üzvü kimi fəaliyyəti ilə də ziddiyyət təşkil edir”.


Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulub və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanıb.

“Bu gün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Qeyd etməliyik ki, Fransanın bu cəhdləri arxadan atılan daşa bənzəyir və 3 ölkə arasında imzalanmış razılaşmanı poza bilməz”.  


Deputat deyib ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq torpaqlarını işğaldan azad etməyə başladığı ilk gündən Fransa qərəzli və ədalətsiz mövqe nümayiş etdirdi.

“Davamlı olaraq Ermənistanın təcavüzünü dəstəkləyən bəyanatlar verdi.  ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi nümayiş etdirmədiyi fəalliğı son bir neçə ayda nümayiş etdirdi. Dəfələrlə Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar irəli sürdü. Azərbaycan dəfələrlə sübut istəsə də, Fransa heç bir dəlil və sübut təqdim edə bilmədi. Ancaq Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər Azərbaycan tərəfindən Fransa tərəfinin diqqətinə çatdırıldı. Buna baxmayaraq, qarşı tərəfdən heç bir açıqlama təqdim edilmədi, hüquqi ölçü götürülmədi”.  


C.Məmmədovun sözlərinə görə, əgər Fransa haqqın və ədalətin tərəfdarıdırsa, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunmasına, mülki əhalinin qətlə yetirilməsinə, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma, qanunsuz iqtisadi fəaliyyətlər aparmasına, məscidləri dağıtmasına qarşı niyə 30 il susqun mövqe nümayiş etdirdi?

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məgər müsəlmanları qətlə yetirmək, məscidlərini dağıtmaq, onların dəyərlərinə hörmətsiz münasibət nümayiş etdirmək olar?

Azərbaycan hər zaman Fransa ilə əlaqələrin inkişafına, yüksək əməkdaşlığın qurulmasına xüsusi inam verib. Bu gün Azərbaycanda Fransa məktəbi, universiteti, şirkətləri sərbəst fəaliyyət göstərir. Fransa Azərbaycanla əlaqələrin inkişafında daha maraqlı olmalı, dövlət maraqları şəxsi maraqlara qurban verilməməli idi.

Bu gün Fransa tarixinin növbəti ən utancverici günlərindən birini yaşayır. Fransanın əli tarixdə dəfələrlə qana batıb. Tunis, Əlcəzair, Vyetnam və bir sıra digər ölkələrdə baş verən hadisələrdə də Fransa haqsızlığın və ədalətsiziliyin tərəfində olmuşdu.

Bir müdət bundan əvvəl Fransanın siyasi dairələrinin Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsini demokratiya və insan azadlığı ilə əlaqələndirməsi bu ölkənin imicinə ciddi ziyan vurmuş, müsəlman ölkələri tərəfindən hiddətlə qarşılanmışdı. 

Bütün bunlar eyni zamanda, Fransada artmaqda olan islamofobiyanın, İslam dininə və müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkiliyinin bariz nümunəsidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54 Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ 26 Yanvar 2021, 18:45 Bakıda intihar epidemiyası: 38 yaşlı qadın özünü 6-cı mərtəbədən atdı 26 Yanvar 2021, 18:24 JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi 26 Yanvar 2021, 18:13 Cavad Zərif Yerevanda səfərdədir 26 Yanvar 2021, 18:09 Bu ərazilərdə su kəsiləcək 26 Yanvar 2021, 18:04 Əhəd Abıyevdən ölkədəki son hadisələrə kəskin münasibət - VİDEO 26 Yanvar 2021, 18:00 “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH 26 Yanvar 2021, 17:55 Qubadlının Dəmirçilər kəndi - VİDEO 26 Yanvar 2021, 17:53 Sarkisyan xəstəxanadan buraxıldı 26 Yanvar 2021, 17:49 Prezident Albert Mustafayevi təltif etdi 26 Yanvar 2021, 17:44 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi 26 Yanvar 2021, 17:42 Tütün məmulatlarının aksiz dərəcələri 11 dəfə artırılır 26 Yanvar 2021, 17:39 Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək 26 Yanvar 2021, 17:34 Məhkəmə Vüqar Səfərli ilə bağlı QƏRAR VERDİ 26 Yanvar 2021, 17:32 2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ 26 Yanvar 2021, 17:30 Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək... 26 Yanvar 2021, 17:25  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olunur 26 Yanvar 2021, 17:19 Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ 26 Yanvar 2021, 17:17 “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ 26 Yanvar 2021, 17:13 Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:06 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47